Vakansiya haqqında

Bu rolda kart əməliyyatları üzrə hesablaşmaların düzgün və vaxtında həyata keçirilməsinə, maliyyə göstəricilərinin dəqiqliyinə və əməliyyat risklərinin minimuma endirilməsinə töhfə verəcəksən. Yerli və beynəlxalq kart ödəniş sistemləri üzrə hesablaşmalara nəzarət etmək, yaranan uyğunsuzluqları aradan qaldırmaq və proseslərin avtomatlaşdırılmasında iştirak etmək sənin əsas fəaliyyət istiqamətlərin olacaq.

Vəzifə öhdəlikləri

  • Əməkhaqqı, təqaüd və sosial layihələr üzrə kartlara mədaxil əməliyyatlarının xidmət haqlarında yaranan fərqləri müəyyən etmək və aradan qaldırılmasına nəzarət etmək;
  • Ödəniş kartı hesablarında yaranan texniki overdraft məbləğlərini izləmək və nəzarətdə saxlamaq;
  • Plastik kartlar üzrə balans göstəricilərinin düzgünlüyünə nəzarət etmək;
  • Ekosistem daxilində kart əməliyyatları üzrə ödənişləri və əlaqəli tranzit hesabların qalıqlarını izləmək;
  • Yerli və beynəlxalq kart ödəniş sistemləri üzrə hesablaşmaların düzgün aparılmasına nəzarət etmək;
  • Kart əməliyyatları və hesablaşmalar üzrə yaranan uyğunsuzluqları araşdırmaq və həlli üçün müvafiq komandalarla əməkdaşlıq etmək;
  • Əməliyyat risklərini minimuma endirmək üçün daxili siyasət və prosedurlara riayət olunmasını təmin etmək;
  • Mövcud proseslərin optimallaşdırılması və RPA vasitəsilə avtomatlaşdırılması üçün təkliflər hazırlamaq;
  • Avtomatlaşdırılacaq proseslərin biznes məntiqini formalaşdırmaq və tətbiqində iştirak etmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Bank sektorunda kart əməliyyatları, klirinq və hesablaşmalar sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Kart əməliyyatları, klirinq və hesablaşma prosesləri üzrə biliklər;
  • Visa, Mastercard və yerli kart ödəniş sistemlərinin hesablaşma prinsipləri üzrə biliklər;
  • Tranzit hesablar, kart balansları və texniki overdraft əməliyyatları üzrə biliklər;
  • MS Excel-də məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
  • Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
  • Problem həlletmə bacarığı və nəticəyönümlülük;
  • Şöbələrarası əməkdaşlıq qabiliyyəti;
  • Sahiblənmə və məsuliyyət hissi;
  • RPA və proseslərin avtomatlaşdırılması üzrə bilik və ya iş təcrübəsi üstünlükdür;
  • SQL və ya digər məlumatların təhlili alətləri ilə işləmək bacarığı üstünlükdür.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
2–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 oktyabr 2026
Son tarix
4 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
286

Şirkət haqqında

Birbank
Banking · 5,001-10,000 · Bakı
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Bank sektorunda kart əməliyyatları, klirinq və hesablaşmalar sahəsində minimum 2–3 il iş təcrübəsi tələb olunur.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Ödəniş kartları əməliyyatları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kart klirinqi və hesablaşmalar üzrə aparıcı mütəxəssis
Müraciət et