Tikinti layihələrinin büdcə və xərc nəzarətini aparmaq üçün maliyyə və analitik bacarıqlar tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Tikinti layihələri üzrə kommersiya siyasətinin, büdcə və xərclərə nəzarət sisteminin hazırlanmasını və icrasını təmin etmək;
- Layihələrin ilkin büdcələrinin, smetalarının və faktiki xərclərinin təhlilini aparmaq, büdcəyə uyğunluğa nəzarət etmək;
- Material, avadanlıq, texnika və podratçı xidmətləri üzrə qiymət təhlili və kommersiya müqayisələrini həyata keçirmək;
- Satınalma proseslərində iştirak etmək, təchizatçı və podratçılardan kommersiya təkliflərini toplamaq və qiymətləndirmək;
- Podratçı və təchizatçılarla müqavilələrin kommersiya şərtlərini, qiymətləri və ödəniş qrafiklərini təhlil etmək;
- Tikinti işləri üzrə görülmüş iş həcmlərinin, aktların və təqdim olunan ödəniş sənədlərinin yoxlanılmasını təmin etmək;
- Layihələr üzrə planlaşdırılmış və faktiki xərclər arasındakı fərqləri müəyyən etmək, kənarlaşmaların səbəblərini araşdırmaq və optimallaşdırma təklifləri vermək;
- Layihələrin maya dəyərinin hesablanmasına, gəlirlilik və mənfəətlilik göstəricilərinin təhlilinə nəzarət etmək;
- Əlavə və dəyişiklik işlərinin (Variation Orders) dəyərinin hesablanmasını və kommersiya baxımından qiymətləndirilməsini təşkil etmək;
- Layihələr üzrə pul vəsaitlərinin hərəkətini, ödəniş öhdəliklərini və maliyyə proqnozlarını izləmək;
- Material sərfiyyatına, itkilərə və ehtiyatların istifadəsinə nəzarət mexanizmlərinin tətbiqini təmin etmək;
- Layihə rəhbərləri, satınalma, maliyyə, texniki nəzarət və digər struktur bölmələrlə koordinasiyalı işləmək;
- Layihələrin büdcəsi, xərcləri, müqavilələri, ödənişləri və mənfəətliliyi üzrə müntəzəm hesabatları rəhbərliyə təqdim etmək.
Tələblər
- İqtisadiyyat, maliyyə, tikinti mühəndisliyi, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
- Tikinti sektorunda kommersiya idarəetməsi, Cost Control, Quantity Surveying və ya layihə büdcələşdirilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
- Tikinti smetalarının, layihə büdcələrinin və faktiki xərclərin təhlili üzrə praktiki biliklər;
- Tikinti materialları, avadanlıqları, podratçı xidmətləri və satınalma bazarı üzrə məlumatlılıq;
- Müqavilələrin, kommersiya təkliflərinin və ödəniş sənədlərinin təhlili bacarığı;
- Plan-fakt təhlili, maya dəyərinin hesablanması və xərc optimallaşdırılması üzrə biliklər;
- Excel proqramında yüksək səviyyədə işləmək bacarığı, ERP və layihə idarəetmə proqramları üzrə təcrübə üstünlükdür;
- Analitik düşüncə, detallara diqqət, danışıqlar aparmaq və qərarvermə bacarığı;
- Yüksək məsuliyyət, təşkilatçılıq və nəticəyönümlülük;
- Ünvan: Bakı şəhəri, Sabah city.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Xərclər üzrə nəzarətçi üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 050 ₼.
16 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Xərclər üzrə nəzarətçi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı şəhəri, Sabah city.
Tikinti sektorunda kommersiya idarəetməsi və ya layihə büdcələşdirilməsi sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
İqtisadiyyat, maliyyə, tikinti mühəndisliyi, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil tələb olunur.
Excel proqramında yüksək səviyyədə işləmək bacarığı tələb olunur, ERP və layihə idarəetmə proqramları üzrə təcrübə üstünlükdür.
Müraciət etmək üçün sənədlərinizi e-poçt vasitəsilə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXərclər üzrə nəzarətçi üzrə Bakıda digər açıq elanlar.
Layihələrin maliyyə və kommersiya göstəricilərini təhlil etmək və xərclərə nəzarət etmək.
Qida və içki məhsullarının maya dəyərinə nəzarət etmək və inventarizasiya aparmaq bacarığı tələb olunur
Tender proseslərini idarə edir, layihə xərclərinə nəzarət edir və kommersiya təklifləri hazırlayır, 5 il təcrübə tələb olunur.




