Vakansiya haqqında

Vəzifə funksiyaları:

  • Layihələr üzrə müqavilə və kommersiya məlumatlarının təhlilində dəyərləndirmə komandasına dəstək göstərmək.
  • Müqavilə qiymətlərini, layihə büdcələrini və zəruri hallarda ayrı-ayrı iş paketləri üzrə qiymətləri təhlil etmək.
  • Layihə sənədləri və müqavilə tələbləri əsasında yerinə yetirilmiş işlərin həcmlərini ölçmək, yoxlamaq və nəticələri təhlil etmək.
  • Tender və sorğu sənədlərində təqdim olunan iş həcmlərinin layihə tələblərinə və texniki sənədlərə uyğunluğunu yoxlamaq.
  • Podratçılar tərəfindən təqdim olunan qiymət təkliflərini və ilkin xərc hesablamalarını araşdırmaq, kommersiya baxımından qiymətləndirmək.
  • Tender və sorğular üzrə maliyyə təkliflərinin müqayisəli təhlilini aparmaq və nəticələr əsasında hesabatlar hazırlamaq.
  • Tender/sorğu mərhələsindən əvvəl layihələr üzrə ilkin xərc və qiymət hesablamalarının hazırlanmasında iştirak etmək.
  • İlkin, aralıq və yekun ödəniş sənədlərini, dəyişikliklərlə bağlı sənədləri və layihə üzrə irəliləyiş məlumatlarını birbaşa rəhbərlə birlikdə yoxlamaq.
  • Podratçıların təqdim etdiyi maliyyə və xərc nəzarəti hesabatlarını təhlil etmək və müqavilə göstəriciləri ilə uyğunluğunu yoxlamaq.
  • Təqdim olunan hesab-fakturaların müqavilə şərtlərinə, təsdiq edilmiş iş həcmlərinə və digər ödəniş tələblərinə uyğunluğunu qiymətləndirmək.
  • Layihələr üzrə pul vəsaitlərinin hərəkəti (Cash Flow) proqnozlarının hazırlanmasında iştirak etmək və müvafiq hesabatları rəhbərliyə təqdim etmək.
  • Layihələrin maliyyə və kommersiya göstəricilərinin monitorinqində iştirak etmək.
  • Podratçıların irəli sürdüyü iddia və əlavə ödəniş tələblərini araşdırmaq, onların yaranma səbəblərini və maliyyə təsirlərini təhlil etmək.
  • İddialar üzrə aparılmış təhlillərin nəticələrini sistemləşdirmək və rəhbərliyə təqdim etmək.
  • Layihələrin dəyərləndirilməsi və kommersiya qiymətləndirilməsi prosesində layihə komandası ilə koordinasiyalı şəkildə zəruri hesablamaları və yoxlamaları həyata keçirmək.
  • Layihələr üzrə maliyyə planlarının hazırlanmasında iştirak etmək, faktiki nəticələrə və layihənin gedişatına uyğun olaraq planları mütəmadi yeniləmək.
  • Layihə üzrə kommersiya, xərc və ödəniş məlumatlarının dəqiqliyinin təmin edilməsində iştirak etmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil- İnşaat, mühəndislik,iqtisadiyyat üzrə bakalavr və ya ekvivalent dərəcə.
  • Müvafiq vəzifədə ən az 4 il təcrübə.
  • Mülki tikinti və ya tikinti layihələrinin kommersiya/xərc idarəetməsi sahəsində təcrübə üstünlükdür
  • Azərbaycan, İngilis dillərində şifahi və yazılı ünsiyyət, Rus dili biliyi arzu olunandır.
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;

Əmək şəraiti:

  • İş qrafiki: 6 gün
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş yeri: 8 Noyabr pr
  • Əmək Haqqı: 3000-4000 AZN net

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 8 Noyabr prospekti
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
3 000–4 000 ₼
Yerləşdirilib
28 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
28 noyabr 2026
HRX ilə müraciət
4
Baxış
238

Maaş bazarla müqayisədə

Xərclər üzrə nəzarətçi üzrə bazar adətən 700–2 400 ₼ ödəyir, median — 800 ₼.

bu vakansiya · 3 000–4 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

21 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Xərclər üzrə nəzarətçi kimi öz maaşını yoxla

Şirkət haqqında

Avant Construction
Construction · Bakı
Avant Construction — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri 8 Noyabr prospektində yerləşir.

İş qrafiki həftədə 6 gündür.

Əmək haqqı 3000-4000 ₼ netdir.

Namizədin müvafiq sahədə ən az 4 il təcrübəsi olmalıdır.

Namizəd CV formasını mövzu yerinə “Xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Xərclər üzrə nəzarətçi üzrə Bakıda digər açıq elanlar.

Az-Caspian CONSTRUCTION
Senior · 5–10 ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin smeta sənədlərini hazırlamaq və qiymətləndirmək üçün 5-10 il təcrübə tələb olunur

Market ResearchAutoCADTechnical Documentation ReviewCost Estimation+14
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Modern Construction Group
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin büdcə və xərc nəzarətini aparmaq üçün maliyyə və analitik bacarıqlar tələb olunur

Cost ControlCost ForecastingVariance AnalysisFinancial Analysis+14
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
3 000–4 000 ₼
Xərclərə nəzarət üzrə aparıcı mütəxəssis
Müraciət et