Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər

  • Şirkətə daxil olan yeni layihə, tender və kommersiya sorğularını təhlil etmək;
  • Layihə sənədlərini, BOQ, texniki tapşırıq, çertyoj və spesifikasiyaları araşdırmaq;
  • Layihə üzrə iş həcmlərinin düzgün müəyyənləşdirilməsini və BOQ ilə uyğunluğunu yoxlamaq;
  • Hər bir iş növü üzrə real maya dəyərini (Cost Price) hesablamaq;
  • Material, əməkhaqqı, mexanizm və avadanlıq, subpodrat, logistika və digər birbaşa xərcləri hesablamaq;
  • Təchizat və bazar araşdırması bölməsindən aktual material və xidmət qiymətlərini toplamaq;
  • Təchizatçılardan alınmış kommersiya təkliflərini təhlil etmək və qiymətlərin layihə büdcəsinə təsirini qiymətləndirmək;
  • Əmək xərclərini iş həcmi, əmək norması, işçi sayı və layihənin icra müddəti əsasında hesablamaq;
  • Mexanizm, texnika və avadanlıqlar üzrə tələb olunan xərcləri müəyyənləşdirmək;
  • Subpodrat işləri üzrə qiymətləri toplamaq, müqayisə etmək və təhlil etmək;
  • Layihənin dolayı xərclərini – sahə xərcləri, mobilizasiya, demobilizasiya, nəqliyyat, idarəetmə və digər əlaqəli xərcləri nəzərə almaq;
  • Layihə üzrə Overhead / inzibati xərclərin hesablanmasına daxil ediləcək göstəriciləri müəyyənləşdirmək;
  • Layihənin xüsusiyyətlərindən irəli gələn kommersiya və icra risklərini müəyyən etmək;
  • Layihənin Total Cost – ümumi maya dəyərini formalaşdırmaq;
  • Tender və kommersiya təkliflərini hazırlamaq;
  • Hazırlanmış smetaların texniki, kommersiya və riyazi düzgünlüyünü yoxlamaq;
  • Smeta hesablamalarında istifadə olunan bütün ilkin məlumatların və qiymət mənbələrinin əsaslandırılmasını təmin etmək;
  • Layihə üzrə alternativ texniki və kommersiya həllərinin qiymətə təsirini hesablamaq;
  • Tender sənədlərində aşkar olunan uyğunsuzluq, çatışmazlıq və riskləri müəyyən etmək;
  • Bütün layihələr üzrə vahid qiymət və smeta bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək;

Namizədə qarşı tələblər

  • İnşaat mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun texniki sahə üzrə ali təhsil;
  • Tikinti sektorunda Smeta / Tender / Cost Estimation / Cost Control sahəsində minimum 5–10 il iş təcrübəsi;
  • Yaş həddi: 40 yaşadək;
  • Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması üzrə geniş praktiki təcrübə;
  • Layihə, işçi çertyojlar, texniki spesifikasiyalar və digər sənədlər əsasında iş həcmlərinin müəyyən edilməsi üzrə bacarıq;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Smeta proqramları ilə işləmək bacarığı;
  • AutoCAD proqramında işləmək bacarığı;
  • Texniki və smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlili üzrə bacarıq;
  • Analitik düşünmə və rəqəmlərlə dəqiq işləmək qabiliyyəti;
  • Yüksək diqqətlilik, məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
  • Komandada işləmək və digər şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı.

İş şəraiti:

  • İş rejimi: 6 günlük;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • İş yeri: Bakı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Smeta mühəndisi“ yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu: 055 216 20 65

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
5–10 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 noyabr 2026
Son tarix
2 dekabr 2026
Baxış
115

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Xərclər üzrə nəzarətçi üzrə bazar adətən 700–2 400 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

21 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Xərclər üzrə nəzarətçi kimi öz maaşını yoxla

Şirkət haqqında

Az-Caspian CONSTRUCTION
Tikinti · Bakı
Az-Caspian CONSTRUCTION — bütün vakansiyalar

2009-cu ildən “Az-Caspian CONSTRUCTION” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş rejimi həftədə 6 gündür.

Əmək haqqı müsahibə əsasında təyin olunur.

Yaş həddi 40 yaşadəkdir.

Namizəd CV-ni foto ilə birlikdə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Mövzu yerinə “Smeta mühəndisi“ yazılmalıdır.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Xərclər üzrə nəzarətçi üzrə Bakıda digər açıq elanlar.

Modern Construction Group
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin büdcə və xərc nəzarətini aparmaq üçün maliyyə və analitik bacarıqlar tələb olunur

Cost ControlCost ForecastingVariance AnalysisFinancial Analysis+14
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Smeta mühəndisi
Müraciət et