Biznes qərar qəbuletməni dəstəkləmək üçün böyük həcmli məlumatları analiz edir və hesabatlar hazırlayır.
Vakansiya haqqında
Bu rolun əsas məqsədi, Bir ekosisteminin Fintek biznesində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək, və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir.
Vəzifə öhdəlikləri
- Fərqli verilənlər bazalarından data çəkərək Oracle BI mühitində mərkəzləşdirilmiş hesabatlar və idarəetmə panelləri (Dashboards) hazırlamaq;
- Böyük data həcmi ilə işləyən, gecikən və yüksək resurs aparan hesabatların SQL sorğularını analiz etmək və performansını (Performance Tuning) təmin etmək;
- Biznes tərəfindən daxil olan müraciətlər əsasında mövcud SQL skriptlərində dəyişikliklər etmək, xətaları diaqnostika edib aradan qaldırmaq;
- Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil etmək, aparılmış analizlər əsasında hesabat və təkliflər hazırlamaq;
- Data analitikası sahəsindəki yenilikləri izləmək, innovativ həlləri tətbiq etmək və data əsaslı fəaliyyət strategiyaları üzrə təkliflər vermək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (Riyaziyyat, İT, Kompüter Elmləri və ya müvafiq sahə üzrə);
- İri həcmli məlumat bazaları və Advanced SQL sorğu dili ilə işləmək bacarığı;
- Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı
- Data analitika alətlərindən (Python, R və s.) ən azı biri ilə işləmə bacarığı;
- Yaxşı səviyyədə MS Excel bilikləri;
- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri;
- Analitik düşünmə, böyük həcmli məlumatlarla işləmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Üstünlüklər
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
26 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Ödənişlər biznesində məlumatları təhlil edir və analitik bacarıqlarla biznes qərarlarını dəstəkləyir.
Müştəri dəyərinin idarə edilməsini planlayır, kampaniyaları optimallaşdırır və analitik bacarıqlara malikdir.
Müştəri təcrübələrini təhlil edir, SQL və Excel bilikləri ilə biznes tələblərini formalaşdırır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





