Biznes tələblərini toplayır, təhlil edir və SQL, Agile biliklərinə malikdir.
Vakansiya haqqında
Təsvir
“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamenti üzrə Biznes Analitik (Business Analyst) istiqamətində 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!
Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərində iştirak etmək və peşəkar inkişaf yolunda irəliləmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür!
- Biznes tələblərinin toplanması, təhlili və sistem tələblərinə çevrilməsi.
- Tələblərin dəqiqləşdirilməsi, biznes qaydalarının və sistem məntiqinin müəyyən edilməsi.
- Funksional tələblərin, User Story-lərin, Use Case-lərin və qəbul meyarlarının (Acceptance Criteria) hazırlanması.
- Tələblərin alternativ ssenarilər, istisna hallar və mümkün xətalar nəzərə alınmaqla detallı şəkildə işlənməsi.
- Sistemlərarası inteqrasiyaların təhlili, API-lərin iş prinsiplərinin və sistemlər arasında məlumat mübadiləsinin təsviri.
- BPMN və UML diaqramlarından istifadə etməklə biznes proseslərinin və sistem davranışının modelləşdirilməsi.
- Tələblərin proqram təminatının hazırlanması komandası ilə müzakirəsi, dəqiqləşdirilməsi və razılaşdırılması.
- ələblərin həyata keçirilməsi prosesində yaranan sualların cavablandırılması və zəruri dəyişikliklərin idarə edilməsi.
- QA komandası ilə əməkdaşlıq edərək tələblərin test ssenarilərinə çevrilməsinə və funksionallığın tələblərə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi.
- Tələblərin dəyişikliklərinin izlənilməsi və onların sistemin digər komponentlərinə mümkün təsirlərinin təhlili.
- Biznes, IT və digər aidiyyəti komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi.
Tələblər
- Tələblərin təfərrüatlı qəbul meyarları (Acceptance Criteria) və Given-When-Then (BDD) formatında yazılması bacarığı.
- İstifadə ssenarilərinin (Use Case) və biznes məntiqinin detallaşdırılması təcrübəsi.
- SQL üzrə bazilik biliklər: Məlumat bazalarından sorğuların çıxarılması (SELECT, JOIN, WHERE, GROUP BY), məlumat strukturlarının analizi və məntiqin yoxlanılması bacarığı.
- Biznes proseslərinin vizuallaşdırılması və diaqramların tərtibi haqqında anlayış (BPMN, UML).
- Qeyri-funksional tələblərin (təhlükəsizlik, məhsuldarlıq, UX/UI qaydaları) və xüsusi halların (Edge Cases) müəyyən edilməsi bacarığı.
Proqram iştirakçılarına nə təklif olunur:
- Təyin olunmuş aylıq ödəniş
- Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
- Gələcək iş imkanları üçün real zəmin
Kimlər müraciət edə bilər:
- Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
- Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
- Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar
Gələcəyini Rabitəbank ilə qur – indi başla !
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
33 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Təyin olunmuş aylıq ödəniş verilir.
Namizəd ən azı bakalavr və ya magistratura səviyyəsində ali təhsilini tamamlamalıdır.
Təcrübə tələb olunmur, təcrübə proqramıdır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Mühasibat və vergi biliklərini biznes analitik kimi tətbiq edir, ERP və Agile bilikləri üstünlükdür.
Bank sistemlərinin fəaliyyətinə dəstək göstərir və biznes tələbləri toplamaq bacarığı tələb olunur
İnternet bankçılıq xidmətinin funksional və texniki təhlilini aparır, biznes tələbləri hazırlayır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





