Biznes analitiki - təşkilati inkişaf və HR texnologiyaları

Bir

Vakansiya haqqında

Bu rolun əsas məqsədi təşkilati inkişaf və insan resursları (HR) proseslərinin təhlili, biznes tələblərinin müəyyənləşdirilməsi və HR texnologiyalarının effektiv tətbiqinin dəstəklənməsi vasitəsilə qərar qəbuletmə prosesini təkmilləşdirmək, proseslərin optimallaşdırılmasına və təşkilati effektivliyin artırılmasına töhfə verməkdir.

Vəzifə öhdəlikləri

  • Toplanmış məlumatların ümumi təhlilini aparır, təhlillərin nəticələrinə əsasən hesabat və təkliflərin hazırlanmasını təşkil edir.
  • Dövri statistik icmalların hazırlanmasında, statistik məlumatların toplanmasında və ümumiləşdirilməsində iştirak edir.
  • Hesabatların düzgünlüyünə nəzarət edir, uyğunsuzluqlar aşkar edildikdə müvafiq işçiləri operativ şəkildə məlumatlandırır və uyğunsuzluqların aradan qaldırılmasını təmin edir.
  • Deskriptiv və diaqnostik hesabatların, eləcə də təhlillərin hazırlanmasını təşkil edir; qərar qəbuletmə prosesinə təsir göstərən hesabat və rəylərin formalaşdırılmasını və təqdim olunmasını təmin edir.

Tələblər

  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti.
  • Fundamental statistika bilikləri.
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
  • Microsoft Excel proqramı üzrə yüksək səviyyədə biliklər.
  • İri həcmli məlumat bazaları ilə işləmək və SQL sorğu dilindən istifadə etmək bacarığı.
  • Tableau, Power BI və digər məlumatların vizuallaşdırılması alətləri ilə işləmək bacarığı.
  • İnsan Resursları prosesləri və əməliyyatları üzrə biliklərin olması üstünlükdür.

Üstünlüklər

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Rəqabətqabiliyyətli əməkhaqqı və bonuslar
  • Geniş əhatəli sığorta təminatı
  • Dəstəkləyici və pozitiv iş mühiti
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər və tədbirlər
  • Əlavə məzuniyyət günləri
  • Təhsil xidmətlərinə endirimlər və əməkdaşlar üçün kredit imkanları
  • Port Baku Tower 2-də yeni, rahat və müasir studio ofis
  • Agile prinsiplərinə əsaslanan güclü komanda işi, müntəzəm team building tədbirləri və tematik tədbirlər
  • Xarici həmkarlarla bilik və təcrübə mübadiləsinə imkan yaradan multikultural iş mühiti

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Port Baku Tower 2
Təcrübə
1–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 oktyabr 2026
Son tarix
30 noyabr 2026
HRX ilə müraciət
6
Baxış
404

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 100 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

36 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Biznes analitiki kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Bakı
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Port Baku Tower 2-də yerləşir.

Rəqabətqabiliyyətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Microsoft Excel, SQL, Tableau və Power BI proqramları ilə işləmək bacarığı tələb olunur.

Peşəkar inkişaf, geniş sığorta, əlavə məzuniyyət və korporativ endirimlər mövcuddur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes analitiki üzrə digər açıq elanlar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Biznes analitiki - təşkilati inkişaf və HR texnologiyaları
Müraciət et