Mürəkkəb biznes proseslərini təhlil edib optimallaşdırmaq və texniki həllər hazırlamaq tələb olunur
Vakansiya haqqında
Vakansiya haqqında məlumat:
PAŞA Sığorta ASC namizədləri İT BA üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə, şirkətin strateji hədəflərinə uyğun olaraq biznes tələblərinin təhlili, optimallaşdırılması və texniki həllərə çevrilməsi prosesinə rəhbərlik edir. Baş mütəxəssis olaraq siz, mürəkkəb biznes proseslərini analiz edərək məhsul və xidmətlərin inkişafına töhfə verəcək, layihələrin idarə olunmasında fəal iştirak edəcək və komandanın gənc üzvlərinə mentorluq etməklə Mükəmməllik Mərkəzinin (CoE) standartlarının inkişafını təmin edəcəksiniz.
Öhdəliklər
- Yüksək prioritetli biznes tələblərini toplamaq, təhlil etmək, sənədləşdirmək və optimallaşdırmaq;
- Strateji biznes qərarlarını dəstəkləmək üçün böyük həcmli verilənləri təhlil etmək və modellər tətbiq etmək;
- Şirkətin biznes və İT strategiyalarına uyğun olaraq BPMN və ya UML modelləri ilə proses axınları yaratmaq;
- Test ssenarilərinin QA komandası ilə birgə hazırlanmasında və istifadəçi qəbul testlərinin (UAT) aparılmasında iştirak etmək;
- Mükəmməllik Mərkəzi (CoE) standartlarına uyğun olaraq texniki sənədlərin hazırlanmasını və idarə olunmasını təmin etmək;
- Biznes proseslərinin optimallaşdırılması üçün yeni yanaşmalar və avtomatlaşdırma imkanları təklif etmək.
Bilik və Bacarıqlar
- Tələblərin idarə edilməsi (BRD, FRD, NFRD, User Stories, Acceptance Criteria);
- Proseslərin modelləşdirilməsi (BPMN, UML) və müvafiq alətlərlə iş təcrübəsi (məs., Camunda, Bizagi);
- SDLC və çevik metodologiyalar (Agile, Scrum, Kanban) üzrə dərin biliklər;
- Analitik təhlil və hesabatlılıq üçün SQL sorğularının hazırlanması;
- Sistem inteqrasiyası bilikləri (REST/SOAP API, RabbitMQ, Kafka);
- CI/CD proseslərinin və testləşdirmənin analiz keyfiyyətinə təsirini anlamaq;
- Jira və Confluence alətlərindən mükəmməl səviyyədə istifadə;
- Güclü analitik təfəkkür, mürəkkəb problemləri həll etmə bacarığı və detallara diqqət;
- Kök səbəb analizi (RCA) metodları ilə keyfiyyət sapmalarının təhlili;
- Texniki komanda və biznes tərəfi arasında effektiv kommunikasiya və münaqişələrin həlli;
- Gənc analitiklərə mentorluq etmək və liderlik bacarıqları;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- İnformasiya Texnologiyaları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr dərəcəsi);
- İT Biznes Analizi və ya oxşar sahədə 3-5 il iş təcrübəsi;
- İİBA-CBAP, PMI-PBA, SQL, Power BI və proqramlaşdırma dilləri üzrə sertifikatlar arzuolunandır.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 100 ₼ ödəyir, median — 1 000 ₼.
36 açıq vakansiya, 25 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
3-5 il iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçQərarların qəbulunda iştirak etmək, dəstəkçi komanda və davamlı inkişaf imkanları təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Biznes ehtiyaclarını texniki tələblərə çevirən və proqram təminatı layihələrində iştirak edən Junior Biznes Analitik.
Biznes proseslərinin avtomatlaşdırılması və Camunda platformasında modelləşdirilməsi üçün Java və BPMN bilikləri tələb olunur
Mühasibat və vergi biliklərini biznes analitik kimi tətbiq edir, ERP və Agile bilikləri üstünlükdür.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





