Kateqoriyanın inkişafını təmin edir, satış və vendor idarəçiliyi üzrə 5 il təcrübəsi var.
Vakansiya haqqında
Bu rol kateqoriyanın böyüməsini təmin etmək üçün məhsul assortimentində boşluqları müəyyən edir, satıcılarla əməkdaşlıq edərək portfeli genişləndirir və əsas dəyər məhsullarının mövcudluğunu təmin edir. Eyni zamanda daxili komandalar və tərəfdaşlarla işləyərək məhsul performansı və ümumi kateqoriya strategiyasını davamlı şəkildə optimallaşdırır.
Vəzifə öhdəlikləri
- "Elektronika" kateqoriyasının bazar mövqeyinin gücləndirilməsinə və bazar payının artırılmasına yönəlmiş illik inkişaf strategiyasının hazırlanması və icrası
- Elektronika kateqoriyasında bazarın, rəqiblərin və istehlakçı tələbinin təhlili
- Kateqoriyanın çeşid matrisinin formalaşdırılması və inkişaf etdirilməsi
- Satışların, marjinallığın və dövriyyəliliyin təhlili
- Böyümə üçün prioritet istiqamətlərin müəyyən edilməsi (yeni brendlər, alt-kateqoriyalar, müştəri seqmentləri)
- Kateqoriya üzrə KPI-ların təyin edilməsi və nəzarəti (gəlir, bazar payı, konversiya, orta çek)
- Sayt vitrininin idarə olunmasınn həyata keçirilməsi, kontent, məhsul təsvirləri və şəkillərinin hazırlanaraq yerləşdirilməsi, aksiya və promo-fəaliyyətlərin vaxtında icra və yenilənməsinin təmin edilməsi
- Strategiyanın icrası üçün marketinq, satış və logistika şöbələri ilə əlaqələndirilmiş işin icrası
- Nəticələr üzrə müntəzəm hesabatlılıq və məlumatlar əsasında strategiyanın korrektə edilməsi
Tələblər
- Biznes, Marketinq, Təchizat Zənciri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Kateqoriya idarəçiliyi, tədarük və ya pərakəndə satış sahəsində minimum 5 il təcrübə;
- Qiymətqoyma, promosiyalar və vendor idarəçiliyi üzrə təcrübə;
- Data analizi və hesabat bacarıqları (Power BI, Excel ilə iş təcrübəsi);
- Yüksək səviyyəli ünsiyyət və danışıqlar aparma bacarıqları.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kateqoriya meneceri üzrə bazar adətən 700–1 800 ₼ ödəyir, median — 1 075 ₼.
15 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kateqoriya meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKateqoriya meneceri üzrə Bakıda digər açıq elanlar.
Qeyri-qida kateqoriyalarının idarə olunması və inkişafı üçün 5+ il təcrübəsi tələb olunur.
Kateqoriya menecerinə satış və məhsul çeşidinin idarə olunmasında dəstək göstərir, analitik bacarıq tələb olunur.
Konserva məhsulları istehsalını idarə edir və satınalma strategiyasını qurur, 5 il təcrübə tələb olunur.




