Kredit riski və AI modellərinin validasiyasında Python və SQL bilikləri ilə iştirak edir.
Süni intellekt modellərinin validasiyası üzrə mühəndis
Vakansiya haqqında
Bu təcrübəçi rolu kredit riski, IFRS 9, Machine Learning və Gen AI modellərinin validasiyası prosesində iştirak etməyi, məlumatların hazırlanması və keyfiyyətinin yoxlanılmasını əhatə edir. Namizədlərdən Python, SQL, statistika və maşın öyrənməsinin əsasları, həmçinin Gen AI, LLM, RAG və AI agentləri haqqında anlayış gözlənilir.
Riyaziyyat, statistika, kompüter elmləri, data elmi və ya oxşar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi, məzun və ya magistrant)
Python və SQL bilikləri, statistika və maşın öyrənməsinin əsasları
Gen AI və LLM əsaslı həllər haqqında anlayış (prompt yazma, RAG, AI agentləri), praktiki təcrübə üstünlükdür
İngilis dili: texniki ədəbiyyatı oxumaq və sənəd hazırlamaq səviyyəsində
Analitik və tənqidi düşüncə, detallara diqqət
Sürətli öyrənmə bacarığı, məsuliyyətlilik və komandada işləmək bacarığı
- Real layihə və tapşırıqlarda iştirak edərək praktiki təcrübə qazanmaq;
- Peşəkar mütəxəssislərdən öyrənmək və biliklərini təcrübədə tətbiq etmək;
- Komanda işi, ünsiyyət və problem həlli bacarıqlarını inkişaf etdirmək;
- Korporativ iş mühitini yaxından tanımaq və karyera maraqlarını müəyyənləşdirmək;
- Gələcək karyera imkanları üçün Bir ekosisteminin istedad hovuzuna daxil olmaq.
Modellərin (kredit riski, IFRS 9, ML və Gen AI modelləri) müstəqil validasiyası işlərində validatorlara dəstək göstərmək;
Validasiya üçün məlumatların hazırlanmasını, keyfiyyətinin yoxlanılmasını və ilkin təhlilini aparmaq;
Validasiya testlərini (diskriminasiya gücü, kalibrasiya, stabillik, backtesting) Python və SQL vasitəsilə icra etmək;
AI/Gen AI modellərinin və AI agentlərinin test edilməsində iştirak etmək (cavabların düzgünlüyü, hallüsinasiya, qərəzlilik, dayanıqlıq);
Validasiya proseslərinin AI alətləri ilə avtomatlaşdırılmasına dəstək göstərmək;
Validasiya hesabatlarının və işçi sənədlərinin hazırlanmasında iştirak etmək;
Məxfilik və informasiya təhlükəsizliyi tələblərinə riayət etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. AI mühəndisi üzrə bazar adətən 1 000–2 200 ₼ ödəyir, median — 1 500 ₼.
17 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
AI mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Təcrübəçi roldur, iş təcrübəsi tələb olunmur.
Namizəd Kapital Bank Life səhifəsinə keçid etməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAI mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Klassik ML və Deep Learning modelləri qurur, bank sistemlərinə inteqrasiya edir, ən azı 2 il təcrübəsi var.
Süni intellekt məhsullarının qiymətləndirilməsi və test strategiyalarının hazırlanması üzrə mütəxəssisdir.
Böyük Dil Modellərinin fine-tuning və qiymətləndirilməsini həyata keçirir, dataset hazırlama bacarığı tələb olunur.





