Yeni müştəri bazası yaradır və satış strategiyalarını icra edir, ən azı 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Biz nə təklif edirik:
- Satış nəticəsindən asılı olaraq limitsiz gəlir imkanı;
- Şəffaf 5% satış komissiyası;
- İş məqsədli səfərlər üçün yanacaq xərclərinin qarşılanması;
- Məhsullar və satış prosesi üzrə ilkin təlim;
- İlk mərhələdə təxminən 1–2 həftəlik adaptasiya və sınaq müddəti;
- Şirkətlə birlikdə inkişaf və karyera imkanları;
- Formalaşmaqda olan satış komandasının ilk üzvlərindən biri olmaq imkanı;
- Öz müştəri bazasını qurmaq və gələcəkdə daha böyük satış portfelini idarə etmək imkanı;
- Yüksək nəticə göstərən əməkdaşlar üçün gələcəkdə daha böyük məsuliyyət və inkişaf imkanları.
Vəzifə öhdəlikləri
- Yeni B2B müştərilərin aktiv şəkildə axtarılması və cəlb edilməsi;
- Mövcud müştəri bazası ilə işləmək və satışları inkişaf etdirmək;
- Avtoservislər, STO-lar, yağdəyişmə məntəqələri, avtomobil mağazaları, avtoparklar və korporativ müştərilərlə əməkdaşlıq qurmaq;
- Müştərilərə məhsulların və kommersiya təkliflərinin təqdim olunması;
- Soyuq zənglər və birbaşa görüşlər vasitəsilə yeni müştərilərin tapılması;
- Müştəri görüşlərinin keçirilməsi və satış prosesinin idarə olunması;
- Mövcud müştərilər üzrə təkrar satışların artırılması;
- Müştəri ehtiyaclarının öyrənilməsi və uyğun məhsulların təklif edilməsi;
- Satış, görüş və follow-up məlumatlarının şirkətin sistemində qeyd olunması;
- Satış planları və KPI-lar üzrə işləmək;
- Bazar və rəqiblərlə bağlı məlumatların rəhbərliyə təqdim olunması;
- Müştəri ödənişlərinin izlənilməsi və debitor borcları üzrə əlaqənin saxlanılması.
Tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- B2B satış təcrübəsi üstünlükdür;
- Avtomobil, motor yağları, ehtiyat hissələri, distribusiya və ya FMCG sahəsində təcrübə üstünlükdür, lakin məcburi deyil;
- Azərbaycan dilində sərbəst danışıq;
- Rus dili arzuolunandır;
- Güclü kommunikasiya və danışıq aparmaq bacarığı;
- Aktiv və nəticəyönümlü yanaşma;
- Yeni müştərilərin axtarışından çəkinməmək;
- Müstəqil işləmək və iş gününü planlaşdırmaq bacarığı;
- Sahə işinə və müştəriləri mütəmadi ziyarət etməyə hazır olmaq;
- Şəxsi avtomobilin olması vacibdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 850–2500 ₼ aralığında dəyişir.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİlk mərhələdə təxminən 1–2 həftəlik sınaq müddəti nəzərdə tutulub.
Satış sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Azərbaycan dilində sərbəst danışıq tələb olunur, rus dili arzuolunandır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarB2B satış meneceri üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərlə işləyir, satış və biznes əlaqələri qurmaq bacarığı tələb olunur
B2B satış prosesini idarə edir, korporativ müştəri cəlbi və satış təcrübəsi tələb olunur.
Dondurma məhsullarının B2B satışını həyata keçirir və yeni müştərilər cəlb edir.



