Təhsil sahəsində biznes inkişafını idarə etmək və strateji tərəfdaşlıq qurmaq bacarığı tələb olunur
Vakansiya haqqında
İş yeri: Bakı
İş rejimi: Tam iş günü
Mebel materialları istiqamətində biznesimizin inkişafını sürətləndirmək üçün komandamıza Biznesin İnkişafı üzrə Menecer axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Mebel materialları üzrə yeni biznes imkanlarını müəyyənləşdirmək və satışların inkişafını təmin etmək;
- Potensial B2B müştəriləri araşdırmaq, yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı genişləndirmək;
- Müştərilərlə görüşlər və kommersiya danışıqları aparmaq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq;
- Mebel materialları bazarını, rəqibləri, qiymət tendensiyalarını və müştəri tələbatını izləmək;
- Satış nəticələrini, müştəri portfelini və məhsul qruplarının performansını təhlil etmək, inkişaf imkanlarını müəyyənləşdirmək;
- Məhsul çeşidinin və kommersiya təkliflərinin inkişafı üzrə əsaslandırılmış təkliflər hazırlamaq;
- Satışların artırılması üçün fəaliyyət planları hazırlamaq və müvafiq şöbələrlə koordinasiyalı şəkildə həyata keçirmək;
- Görülən işlər və əldə edilən nəticələr üzrə mütəmadi hesabatlar hazırlamaq.
Namizədə tələblər
- Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqədar sahələr üzrə üstünlük);
- B2B satış və ya biznesin inkişafı sahəsində minimum 3 il iş təcrübəsi;
- Distribusiya, mebel materialları və ya tikinti materialları sektorunda təcrübə üstünlükdür;
- Güclü kommunikasiya, təqdimat və kommersiya danışıqları aparmaq bacarığı;
- Analitik düşünmə, satış məlumatlarını təhlil etmək və nəticələr əsasında praktik qərarlar təklif etmək bacarığı;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək, satış hesabatları və analitik cədvəllər hazırlamaq bacarığı;
- CRM sistemləri ilə işləmək təcrübəsi;
- Planlaşdırma, təşkilatçılıq və müstəqil işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət, rus və ingilis dili biliyi üstünlükdür.
Bizim üçün vacib olan
- Bu vəzifədə uğurlu namizəd yalnız yeni müştərilər tapmaq və danışıqlar aparmaqla kifayətlənməməli, bazar imkanlarını düzgün qiymətləndirməyi, satış göstəricilərini təhlil etməyi və əldə etdiyi məlumatları konkret kommersiya nəticələrinə çevirməyi bacarmalıdır.
- Biz təşəbbüskar, nəticəyönümlü, sistemli düşünən və biznesin inkişafına real töhfə verə biləcək komanda üzvü axtarırıq.
Biz nə təklif edirik?
- Uzunmüddətli fəaliyyət təcrübəsi və güclü bazar mövqeyi olan şirkətdə çalışma imkanı;
- Geniş məhsul portfeli və mövcud müştəri bazası ilə işləmək;
- Yeni biznes istiqamətlərinin inkişafında fəal iştirak;
- Peşəkar inkişaf və karyera perspektivləri;
- Namizədin təcrübə və kompetensiyalarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyönümlü motivasiya sistemi.
Maraqlanan namizədlər CV-lərini “Business Development Manager – Furniture Materials” mövzusu ilə Arsenal Group-un HR komandasına Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsi ilə göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes inkişafı meneceri üzrə bazar adətən 1 200–3 000 ₼ ödəyir, median — 1 900 ₼.
36 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes inkişafı meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə), eksklüziv mebel və otaq qapıları istehsalı istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 25 ildir ki, Azərbaycanda…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tam iş günü rejimində işləmək tələb olunur.
Minimum 3 il iş təcrübəsi tələb olunur.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət mövzusu “Business Development Manager – Furniture Materials” olmalıdır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes inkişafı meneceri üzrə Bakıda digər açıq elanlar.
Satış strategiyalarını hazırlayır, biznes inkişafını idarə edir və müştəri məmnuniyyətini artırır
Biznesin inkişafı üzrə mütəxəssis kimi yeni müştərilər tapır və satış hədəflərinə çatır.
Biznes inkişafı üzrə mütəxəssis yeni biznes imkanlarını araşdırır və satış bacarıqları tələb olunur.




