Biznesin inkişafı üzrə strateji tədbirlər hazırlayır və bazar araşdırması aparır.
Vakansiya haqqında
Vəzifə və öhdəliklər
- Satışın artırılmasına dair təkliflərin hazırlanması
- Bazar üzrə rəqabətli təklifin hazırlanması, tariflərin əlverişli idarə edilməsi və paket təkliflərinin təqdim edilməsi ilə kredit və qeyri-kredit məhsullarının inkişafı
- Əməkdaşların motivasiya sisteminin hazırlanması, təkmilləşdirilməsi və tədbiq edilməsi üzrə Departament direktoruna təkliflərin verilməsi;
- Bazar araşdırmaları və rəqabət mühitinin təhlilini aparmaq
- Yeni biznes imkanlarını müəyyən etmək və təkliflər hazırlamaq
- Yeni məhsul və xidmətlərin hazırlanması prosesində iştirak etmək
- Satış komandalarının fəaliyyətini dəstəkləyən alət və mexanizmlər hazırlamaq
- Müştəri seqmentasiyası və hədəf bazar analizlərini aparmaq
- Satış proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslər irəli sürmək
- Yeni layihələrin iqtisadi səmərəliliyini qiymətləndirmək
- Biznes inkişafı üzrə layihələri koordinasiya etmək
- Satış və biznes inkişafı üzrə analitik hesabatlar hazırlamaq
- Strateji tərəfdaşlıqların qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
- Bankın seminarlarında iştirakçı və mühazirəçi qismində fəal iştirak etmək
- Müştəri xidmətləri üzrə keyfiyyət standartlarını hazırlamaq və yeniləmək
- Xidmət nöqtələrinin fəaliyyətini keyfiyyət göstəriciləri əsasında qiymətləndirmək
- Müştəri məmnuniyyəti göstəricilərinin monitorinqini aparmaq və təhlil etmək
- Müştəri şikayətləri, müraciətləri və təklifləri üzrə hesabatlar hazırlamaq.
- Gizli müştəri (Mystery Shopping) yoxlamalarını təşkil etmək və nəticələrini qiymətləndirmək
- Filial və satış nöqtələrində əməliyyat risklərinin müəyyənləşdirilməsi və azaldılması üzrə tədbirlər hazırlamaq
Tələblər
- Ali təhsil
- Pərakəndə məhsulların (kredit və qeyri-kredit) satışı üzrə minimum 4 il iş təcrübəsi
- Komanda idarəetməsi və rəhbərlik vəzifəsində (qrup rəhbəri, menecer və s.) minimum 4 il iş təcrübəsi
- Satış və biznes inkişafı, məhsul inkişafı, müştəri təcrübəsi və ya əməliyyatların idarə olunması sahəsində təcrübə
- Müştəri xidmətləri üzrə keyfiyyət standartları və müştəri təcrübəsinin (Customer Experience) idarə edilməsi üzrə biliklər
- Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes inkişafı meneceri üzrə bazar adətən 1 200–3 000 ₼ ödəyir, median — 1 500 ₼.
29 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes inkişafı meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Minimum 4 il satış və biznes inkişafı sahəsində iş təcrübəsi tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Namizədin təqdim etməli olduğu sənədlər barədə məlumat verilməyib.
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı tələb olunur, rus və ingilis dili üstünlükdür.
Satış və biznes inkişafı, məhsul inkişafı, müştəri təcrübəsi və əməliyyatların idarə olunması sahəsində təcrübə tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes inkişafı meneceri üzrə Bakıda digər açıq elanlar.
Satış strategiyalarını hazırlayır, komandanı idarə edir və biznesi inkişaf etdirir.
Şirkətin biznesini inkişaf etdirmək və yerli tənzimləmə biliklərinə malik olmaq tələb olunur.
Biznesin inkişafı departamentinə rəhbərlik edir, strateji planlaşdırma və layihə idarəetməsi bacarığı tələb olunur.




