Biznes müştərilərə bank məhsullarını satmaq və kredit məhsulları üzrə ilkin bilik tələb olunur
Vakansiya haqqında
Birbankda KOS müştəriləri ilə etibarlı və uzunmüddətli tərəfdaşlıqlar quraraq onların biznes inkişafına dəstək olmaq, bankın məhsul və xidmətlərini təqdim etməklə qarşılıqlı dəyər yaratmaq və yeni biznes imkanlarını reallaşdırmaq üçün müştəriyönümlü mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
Bankın KOS seqmentinə aid olan müştərilərdən bank xidmətləri (kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi ilkin təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları təhlil üçün ötürmək;
KOS kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
İqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
Bankda biznes kreditləri üzrə ən az 2 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
Problem həlletmə bacarığı və nəticəyönümlülük;
Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Xaçmaz rayon filialında işləyəcəksiniz.
Bankda biznes kreditləri üzrə ən az 2 il iş təcrübəsi tələb olunur.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKiçik müştəri meneceri üzrə Xaçmazda digər açıq elanlar.
Korporativ müştəri portfelini idarə edir və satış strategiyalarını həyata keçirir.
Əmlak investorları ilə əlaqə qurur, məhsul təqdim edir və satışları artırır, güclü satış bacarığı tələb olunur.
KOB kreditləri üzrə müştərilərə satış və məsləhət xidməti göstərir, satış təcrübəsi tələb olunur.




