Vakansiya haqqında

İş barədə məlumat:

  • Məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
  • B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək;
  • Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
  • Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
  • Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
  • Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
  • Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;

Tələblər:

  • Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
  • Ümumi satış təcrübəsi 3-5 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan və Rus dili mükəmməl səviyyədə (mətnlərin hər dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
  • Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
  • Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.

İş şəraiti:

  • İş saatı 09:00-18:00-dək
  • Həftədə 5 günlük iş qrafiki .
  • Nahar vaxtı 13:00-14:00-dək
  • Əmək haqqı: 900-1000 (+ bonus) AZN
  • Yaş: 28-40

Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Korporativ satış üzrə mütəxəssis (B2B)” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Ünvan: Nəsimi ray., Xətai pr., 34 LUXEN PLAZA 1-ci bina 16 mərtəbə.

Vebsayt: www.ecopress.com

Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
900 ₼
Yerləşdirilib
13 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
13 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

iTech Group
MiddleBakı
Maaş göstərilməyib

Yeni korporativ müştəriləri tapmaq və İT həllər təqdim etmək.

B2B SalesCustomer Relationship ManagementPresentation SkillsNegotiation+6
Müraciət etAsan müraciətAsan müraciət
Grinvich-MS
Junior · 1+ il
1 500–2 0004 gün qalıb

Müştərilərlə əlaqə qurur, satış planlarını icra edir və bazar araşdırması aparır.

Customer Relationship ManagementMarket ResearchReportingTeamwork+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
900 ₼
Korporativ satış üzrə mütəxəssis (B2B)
Müraciət et