Müştərilərlə əlaqələri idarə edir və satış prosesini təşkil etmək üçün 1,5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Risan Group şirkəti, xarici bazarların araşdırılması, xarici müştərilərə satış etmək sahəsində özünü görən namizədləri ``İxrac Mütəxəssisi`` vakansiyası üzrə müraciət etməyə çağırır.
Risan Group şirkəti Azərbaycanda, habelə digər ölkələrdə istehsalçıların mallarını xarici bazara çıxarılması üçün müxtəlif bazar araşdırmaları, rəqib araşdırması, potensiyal müştərilərin müəyyən edilməsi, onlarla görüşlərin keçirməklə satışların edilməsi, gedecək malların logistika və gömrük işlərinin təşkili işlərini görməktədədir.
Vəzifə və öhdəliklər:
Müxtəlif mallar üzrə potensiyal ixrac bazarlarını araşdırmaq
Xarici bazarlarda potensiyal müştərilərin müəyyən edilməsi, onlarla yazışma və telefon görüşmələrinin aparılması,
Xarici ölkələrə ezamiyyəyə getmək və yerində bazar araşdırmaları etmək
Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq;
Malları və xidmətləri müştərilərə yüksək səviyyədə İngilis dilində və rus dilində təqdim etmək və satışları həyata keçirmək
Cari sifarişləri nəzarətdə saxlamaq,
Bazar araşdırmalarının nəticələrini təqdimat şəklində hazırlamaq və təqdim etmək
Statistik məlumatları, idxal, ixrac və digər məlumatları analiz etmək və təqdim etmək
Effektiv satış planlarını hazırlamaq, satışlar haqqında məlumatları təhlil etmək;
Təklif, müqavilə və digər sənədləri hazırlamaq,
Rəhbərlyə günlük, həftəlik və aylıq hesabatlar vermək
Namizədə olan tələblər:
Ali təhsilli,
Xanım və ya Bəy, yaş həddi 22-40
Tərcihən xarici bazarlara satış üzrə təcrübəli
B kateqoriyalı sürücülük vəsiqəsi – Üstünlükdür
Rayonlara və xaricə getmək əngəli olmayan
Namizəddə olan bacarıq və keyfiyyətlər
Bazar araşdırmaları etmək qabiliyyəti
Əməksevər və ambisiyalı
Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı olan,
Məsuliyyətli, punktual, dürüst
Komandada işləmək bacarığı
Problemləri həll etmə bacarığı;
Dil bilikləri: İngilis dili (Fluent), Rus dili ( Əla), Azərbaycan dili ( Ana dili)
Kompyuter bilikləri: Excel, Word, Power Point, Outlook ( əla)
Digər məlumatlar:
5 günlük iş rejimi, 9.00-18.00 arası
Maaş 800-1200 Azn +Yüksək Bonus
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Risan Group şirkəti Azərbaycanda və xarici bazarlarda elektrik, elektronika və İT məhsullarının satışı və montajı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsi və ya dileridir.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarPre-sales üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Məhsul və xidmətlərin satışını həyata keçirir, aktiv satış və müştəri cəlbetmə bacarığı tələb olunur
Müştərilərlə iş aparmaq və satış prosesini idarə etmək üçün ən azı 2 il təcrübə tələb olunur
Strateji müştərilərlə işləyir, yüksək səviyyəli satış və risk analizi bacarıqları tələb olunur



