Vakansiya haqqında

İş yeri: Bakı

İş rejimi: Tam iş günü

Biz kimik?

  • Prospect Cloud ERP şirkətlərin biznes proseslərini daha səmərəli idarə etməsi üçün SaaS (Software as a Service) texnologiyası əsasında bulud ERP həlləri təqdim edir.Abunə modeli sayəsində müştərilərimiz ilkin böyük investisiya etmədən, server infrastrukturu qurmadan və mürəkkəb texniki prosesləri öz üzərlərinə götürmədən ERP sistemindən istifadə edə bilirlər. Müxtəlif biznes ehtiyaclarına uyğun aylıq paketlərimiz şirkətlərə xərclərini optimallaşdırmaq və əməliyyatlarını rəqəmsallaşdırmaq imkanı yaradır.Hazırda satış komandamızı genişləndirir və korporativ müştərilərlə birbaşa görüşlər keçirərək satış prosesini müqavilənin bağlanmasına qədər idarə edəcək Direct Sales Manager axtarırıq.
  • Vəzifənin əsas məqsədi:Potensial korporativ müştərilərlə üzbəüz görüşlər keçirmək, onların biznes ehtiyaclarını müəyyənləşdirmək, Prospect Cloud ERP həllini təqdim etmək, ilkin demo nümayişini həyata keçirmək, ilkin depoziti almaq, müqaviləni bağlamaq və yeni müştərini təlim şöbəsinə təhvil vermək.

Əsas vəzifələr:

  • Marketinq və telesales komandası tərəfindən müəyyən edilmiş potensial müştərilərlə birbaşa görüşlər keçirmək.
  • Şirkətlərin mövcud biznes proseslərini, avtomatlaşdırma ehtiyaclarını və istifadə etdikləri proqram təminatlarını təhlil etmək.
  • Prospect Cloud ERP sisteminin üstünlüklərini, funksionallığını və aylıq abunə modelini müştərinin ehtiyaclarına uyğun təqdim etmək.
  • Müştərilərə məhsulun ilkin demo versiyasını nümayiş etdirmək.
  • Müştərilərin suallarını cavablandırmaq, etirazlarla işləmək və satış danışıqlarını aparmaq.
  • Satış şərtləri üzrə ilkin razılıq əldə etmək, müqavilənin bağlanmasını təmin etmək və nəzərdə tutulan depoziti almaq.
  • Müştəri ilə bir aylıq sınaq müddətinin başlanmasını razılaşdırmaq və satış şərtlərini aydın izah etmək.
  • Müqaviləsi bağlanmış və sınaq mərhələsinə keçirilmiş müştəriləri bütün zəruri məlumatlarla birlikdə təlim şöbəsinə təhvil vermək.
  • Görüşlərin, satış mərhələlərinin və nəticələrin CRM sistemində qeydiyyatını aparmaq.
  • Fəaliyyətini satış planı və müəyyən edilmiş KPI-lar əsasında təşkil etmək.

Namizədə tələblər:

  • B2B satış və korporativ müştərilərlə işləmək təcrübəsi.
  • Üzbəüz görüşlər keçirmək, təqdimat etmək və kommersiya danışıqları aparmaq bacarığı.
  • Müştərinin ehtiyaclarını müəyyənləşdirmək və uyğun həll təklif etmək qabiliyyəti.
  • Satış prosesini ilkin görüşdən müqavilənin bağlanmasına qədər idarə etmək bacarığı.
  • Güclü kommunikasiya, inandırma və etirazlarla işləmə bacarıqları.
  • Nəticəyönümlü olmaq, satış hədəflərinə fokuslanmaq və müstəqil işləməyi bacarmaq.
  • Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq.
  • CRM sistemləri və ofis proqramlarından istifadə bacarığı.

Xüsusi üstünlük veriləcək namizədlər

Aşağıdakı təcrübəyə malik namizədlərin müraciətləri xüsusi üstünlüklə qiymətləndiriləcək:

  • 1C, Logo, Mikro və digər ERP və ya mühasibat proqram təminatlarının satışında, tətbiqində və ya müştərilərə təqdimatında təcrübəsi olanlar.
  • ERP sistemlərinin tətbiqi ilə məşğul olan şirkətlərdə çalışmış şəxslər.
  • Mühasibatlıq, avtomatlaşdırma və biznes proqram təminatları sahəsində korporativ müştəri portfeli formalaşdırmış namizədlər.
  • Aktiv biznes əlaqələri və potensial müştərilərlə görüş təşkil etmək imkanı olan şəxslər.
  • SaaS və abunə əsaslı proqram təminatlarının satışında təcrübəsi olanlar.

Xüsusi qeyd: ERP həlləri üzrə təcrübəsi olan, korporativ müştəri bazasına malik namizədlərin müraciətləri prioritet qaydada nəzərdən keçiriləcək. Müvafiq müştəri əlaqələrinin mövcudluğu və yeni satış imkanları yaratmaq bacarığı mühüm üstünlükdür.

Biz nə təklif edirik?

  • Müasir bulud texnologiyaları və biznes avtomatlaşdırılması sahəsində işləmək imkanı.
  • Hazır marketinq və telesales fəaliyyəti ilə dəstəklənən satış prosesi.
  • 1000 AZN baza əməkhaqqı +Satış nəticələrinə əsaslanan bonus və motivasiya imkanları.
  • Peşəkar inkişaf və gəlir imkanlarını artırmaq perspektivi.
  • Satışdan sonrakı mərhələdə təlim şöbəsinin iştirakı ilə təşkil olunmuş müştəri təhvil prosesi.
  • İnkişaf edən texnologiya şirkətində karyera qurmaq imkanı.

Əgər ERP sektorunda təcrübəniz, korporativ müştərilərlə iş bacarığınız və satış nəticələri əldə etmək motivasiyanız varsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Müraciət zamanı əvvəlki iş təcrübənizi, işlədiyiniz ERP proqramlarını, korporativ müştərilərlə iş təcrübənizi və əldə etdiyiniz satış nəticələrini qeyd etməyiniz tövsiyə olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
12 noyabr 2026
Baxış
85

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

124 açıq vakansiya, 109 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satış meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Prospect Cloud ERP
İnformasiya və kommunikasiya · Bakı
Prospect Cloud ERP — bütün vakansiyalar

Şirkətimiz 20 ildən artıqdır ki, İKT sahəsində geniş spektrli fəaliyyət göstərir. Əsas etibarı ilə, Biznes İdarəetmə həllərinin lahiyələndirilməsi, hazırlanması və təbiqi fəaliyyətləri istiqamətində ixtisaslaşmıq.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Tam iş günü rejimində işləmək tələb olunur.

1000 AZN baza əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus təklif olunur.

CV-də əvvəlki iş təcrübəsi, işlədiyi ERP proqramları, korporativ müştərilərlə iş təcrübəsi və satış nəticələri qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

CRM sistemləri və ofis proqramlarından istifadə olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satış meneceri üzrə Bakıda digər açıq elanlar.

FZ Academy
MiddleBakı
500–1 800₼

Təhsil xidmətlərinin satışını həyata keçirir və müştərilərlə effektiv əlaqə qurur, güclü ünsiyyət bacarığı tələb olunur.

PresentationCold CallingCustomer Relationship ManagementReporting+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Sparro Home
Middle · 1–2 ilBakı
1 000–3 000₼

Fərdi mebel layihələri üzrə müştəri ehtiyaclarını analiz edib satış prosesini idarə edir.

Material KnowledgeNegotiationCustomer Relationship ManagementB2B Sales+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Birbaşa satış meneceri — ERP / B2B
Müraciət et