Müştərilərlə ünsiyyət qurur, satış aparır və müştəri bazasını inkişaf etdirir.
Vakansiya haqqında
ADİS Azerbaijan şirkətinin istehsalat bölməsinə müştərilərlə əlaqələrin qurulması və satışların inkişafı üzrə Satış meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Potensial müştəriləri müəyyən etmək, yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını genişləndirmək;
- Müştərilərin ehtiyaclarını öyrənmək, uyğun məhsullar barədə məlumat və kommersiya təklifləri təqdim etmək;
- Müştərilərlə görüşlər keçirmək, satış şərtləri üzrə danışıqlar aparmaq;
- Satış planlarının yerinə yetirilməsi üçün aktiv çalışmaq;
- Sifarişlərin qəbulundan məhsulun təhvil verilməsinədək prosesi izləmək, istehsalat və anbar komandası ilə koordinasiyanı təmin etmək;
- Müştərilərlə davamlı işgüzar münasibətlər qurmaq, müraciət və sorğuları vaxtında cavablandırmaq;
- Mühasibatlıqla birlikdə müştəri ödənişlərini və debitor borcları izləmək;
- Bazar tələbatını və rəqiblərin təkliflərini araşdırmaq, satış imkanları barədə təkliflər vermək;
- Görüşlər, sifarişlər və satış nəticələri üzrə rəhbərliyə hesabat təqdim etmək.
Namizədə tələblər:
- Satış sahəsində iş təcrübəsi;
- İstehsalat məhsulları, tikinti materialları və ya korporativ satışlar üzrə təcrübə üstünlükdür;
- Müştəri axtarışı, təqdimat və danışıqların aparılması bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; rus dili biliyi üstünlükdür;
- MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
- Müştəri ehtiyaclarını anlamaq və uyğun həll təklif etmək bacarığı;
- Nəticəyönümlülük, təşəbbüskarlıq və işini planlaşdırmaq bacarığı;
- Məsuliyyətlilik, işgüzar ünsiyyət və komandada işləmək bacarığı.
İş şəraiti:
- Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır;
Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.
124 açıq vakansiya, 109 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
'ADIS AZERBAIJAN' şirkəti “SVEZA-LES” şirkətinin rəsmi distributorudur. Azərbaycanın ən qabaqcıl tikinti şirkətləri ilə uzun illərdir əməkdaşlıq edirik. Tərəfimizdən təqdim olunan məhsul, tozağacı fanerinin istehsalı üzrə dünya lideridir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Satış sahəsində iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir, e-poçtun mövzu hissəsində “Satış meneceri” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Satış prosesini idarə edir və satış hədəflərinə nail olmaq üçün danışıqlar aparır.
Təhsil xidmətlərinin satışını həyata keçirir və müştərilərlə effektiv əlaqə qurur, güclü ünsiyyət bacarığı tələb olunur.
Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb edir, beynəlxalq satış bilikləri tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




