Fərdi mebel layihələri üzrə müştəri ehtiyaclarını analiz edib satış prosesini idarə edir.
Vakansiya bağlanıb
Bu elan artıq aktiv deyil. Aşağıda Satış meneceri üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.
Vakansiya haqqında
Caspian Textile komandamıza qoşulmaq üçün korporativ satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
- Şirkətin tekstil məhsulları, korporativ geyim, işçi geyimləri, uniforma və digər tikiş məhsullarının korporativ müştərilərə satışını həyata keçirmək
- Yeni korporativ müştərilərin müəyyən edilməsi və cəlb olunmasını təmin etmək
- Potensial müştərilərlə əlaqələr qurmaq və uzunmüddətli əməkdaşlıqları inkişaf etdirmək
- Mövcud müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini və təkrar satışları artırmaq
- Müştərilərlə görüşlər keçirmək, onların məhsul, dizayn, material, həcm və çatdırılma tələblərini müəyyən etmək
- Müştəri ehtiyaclarına uyğun məhsul və istehsal həlləri təqdim etmək
- Kommersiya təklifləri və qiymət təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
- Satış prosesini ilkin əlaqədən sifarişin rəsmiləşdirilməsinə qədər idarə etmək
- İri korporativ sifarişlərin cəlb olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
- Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək
- Bazar tendensiyalarını, potensial müştəriləri və rəqiblərin fəaliyyətini izləmək
- Müştərilərdən daxil olan məlumatları istehsal və digər aidiyyəti şöbələrlə koordinasiya etmək
Tələblər
- Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
- Minimum 5 il satış sahəsində iş təcrübəsi
- B2B və korporativ satış sahəsində təcrübə
- Tekstil, geyim, istehsal, FMCG və ya digər korporativ məhsulların satışı üzrə təcrübə üstünlükdür
- Korporativ müştərilərlə işləmək və uzunmüddətli biznes əlaqələri qurmaq bacarığı
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Kommersiya təkliflərinin hazırlanması və müqavilə danışıqlarının aparılması üzrə təcrübə
- Nəticəyönümlü və təşəbbüskar yanaşma
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı
İş şəraiti
- Rəsmi əmək müqaviləsi
- Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
- Satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Stabil və dinamik iş mühiti
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 600–1 250 ₼ ödəyir, median — 900 ₼.
132 açıq vakansiya, 93 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Caspian Textile MMC müasir standartlara cavab verən müxtəlif növ işçi və digər geyimlərinin istehsalı sahəsində fəaliyyət göstərir. Şirkətin qabağcıl avadanlıqlar ilə təchiz edilmiş tikiş fabrikası mövcüddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Regional və qlobal bazarlarda satışları idarə edir, minimum 5 il B2B satış təcrübəsi tələb olunur.
HORECA satışını idarə edir, komanda rəhbərliyi və 5-10 il satış təcrübəsi tələb olunur.
Mebel və tikinti materialları sahəsində satış aparır, ən azı 2 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


