Vakansiya haqqında

Yerli istehsal sektorunda fəaliyyət göstərən karton qutu, qablaşdırma məhsullarının istehsalı üzrə ixtisaslaşan müəssisəmiz satış komandasına rəhbərlik edəcək, yeni biznes imkanları yaradacaq və satışların davamlı artımını təmin edəcək Satış rəhbəri axtarır.

Bizim üçün satış yalnız məhsulun təqdimatı deyil, müştəri portfelinin genişləndirilməsi, uzunmüddətli əməkdaşlıqların qurulması və istehsal potensialının kommersiya nəticələrinə çevrilməsidir.

Əsas vəzifə öhdəlikləri

  • Müəssisənin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
  • Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin genişləndirilməsi;
  • Qida, içki, kənd təsərrüfatı, pərakəndə ticarət və digər sahələrdə qablaşdırma məhsullarına ehtiyacı olan şirkətlərlə əməkdaşlığın qurulması;
  • Müştəri tələblərinin, sifariş həcmlərinin və bazar imkanlarının təhlili;
  • Qiymət təkliflərinin, kommersiya şərtlərinin və satış müqavilələrinin hazırlanması prosesinə rəhbərlik;
  • Satış planlarının, gəlirlilik göstəricilərinin və debitor borclarının idarə olunması;
  • Müştəri sifarişlərinin istehsal imkanları, istehsal müddətləri və çatdırılma qrafikləri ilə uzlaşdırılması;
  • Rəqiblərin, bazar qiymətlərinin və yeni satış kanallarının mütəmadi təhlili;
  • Satış komandasının idarə edilməsi, hədəflərin müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi;
  • Rəhbərliyə satış nəticələri və bazarın inkişaf perspektivləri üzrə müntəzəm hesabatların təqdim edilməsi.

Namizədə tələblər

  • Ali təhsil;
  • Satış sahəsində minimum 5 il iş təcrübəsi, bunun ən azı 2–3 ili rəhbər vəzifədə;
  • Yerli istehsal müəssisəsində, xüsusilə qablaşdırma, karton qutu, poliqrafiya, kağız məhsulları və ya digər sənaye məhsullarının B2B satışında təcrübə üstünlük deyil, əsas seçim meyarlarından biri hesab olunur;
  • Korporativ müştərilərlə danışıqlar aparmaq və uzunmüddətli əməkdaşlıqlar qurmaq bacarığı;
  • Satış planlaması, qiymətqoyma, kommersiya təklifləri və gəlirlilik hesablamaları üzrə biliklər;
  • Debitor borclarına nəzarət və satış risklərinin idarə edilməsi bacarığı;
  • Analitik düşüncə, liderlik, nəticəyönümlülük və yüksək ünsiyyət bacarıqları;
  • MS Excel və satış hesabatları ilə işləmək bacarığı.

Uğur göstəriciləri

  • Satış həcminin və gəlirliliyin artırılması;
  • Yeni korporativ müştərilərin cəlb edilməsi;
  • Mövcud müştərilərlə əməkdaşlığın davamlılığının təmin edilməsi;
  • Satış planının yerinə yetirilməsi;
  • Debitor borclarının və satış rentabelliyinin effektiv idarə olunması.

Təklif edirik

  • İnkişaf və yeni biznes imkanları yaratmaq üçün real səlahiyyətlər;
  • Nəticələrə uyğun rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Müəssisənin kommersiya inkişafına birbaşa təsir göstərmək imkanı.

CV-nizi “Satış rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 oktyabr 2026
Son tarix
15 noyabr 2026
Baxış
167

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

122 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satış meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Satış sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur, 2-3 ili rəhbər vəzifədə olmalıdır.

CV-nizi “Satış rəhbəri” başlığı ilə təqdim etməlisiniz. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Satış strategiyası, korporativ müştəri cəlb etmə, satış planlaması, qiymətqoyma və debitor borclarının idarə olunması bacarıqları vacibdir.

Rəqabətqabiliyyətli əməkhaqqı, bonus sistemi, peşəkar iş mühiti və yeni biznes imkanları yaratmaq üçün səlahiyyətlər təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satış meneceri üzrə Bakıda digər açıq elanlar.

800₼

Satış prosesini idarə edir və satış hədəflərinə nail olmaq üçün danışıqlar aparır.

NegotiationSales Strategy DevelopmentCustomer Relationship ManagementMarket Analysis+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Synapse Eco Group Company
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Korporativ müştərilərlə B2B satışları idarə edir və güclü danışıqlar bacarığı tələb olunur.

B2B SalesNegotiationCustomer Relationship ManagementSales Strategy Development+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Rabalon Azerbaijan
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

Satış strategiyasını idarə edir, komanda qurur və İT satışında 5 ildən çox təcrübə tələb olunur.

Sales StrategyTeam ManagementSales ForecastingMarket Research+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Senior · 5+ ilBakı
800–2 500₼

Regional və qlobal bazarlarda satışları idarə edir, minimum 5 il B2B satış təcrübəsi tələb olunur.

B2B SalesLead GenerationNegotiationMarket Analysis+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satış meneceri
Müraciət et