Satış komandasını idarə edir və üzvlük artımı üçün satış strategiyaları hazırlayır.
Vakansiya haqqında
Əsas vəzifələr
- Satış strategiyasının, illik və rübə planlarının hazırlanması və icrasına nəzarət
- Satış komandasının (satış menecerləri, biznesin inkişafı üzrə mütəxəssislər) idarə olunması, fərdi hədəflərin təyini, motivasiyası və inkişafı
- Satış planının, gəlir və marja göstəricilərinin izlənməsi, nəticələrə görə məsuliyyət
- Böyük korporativ və dövlət müştəriləri ilə strateji münasibətlərin qurulması, qərarverici şəxslərlə görüşlər
- Tender və kommersiya təkliflərinin hazırlanmasına rəhbərlik, qiymət və şərt danışıqlarının aparılması, müqavilələrin bağlanması
- Vendorlarla (Cisco, Microsoft, Fortinet, Palo Alto Networks, VMware, HPE, Dell EMC və s.) tərəfdaşlıq münasibətlərinin idarə olunması, vendor hədəflərinin yerinə yetirilməsi
- Pre-sale, texniki komanda, layihə və satınalma şöbələri ilə əlaqələndirmə
- CRM sistemində (HubSpot) satış hunisinin idarə olunması, proqnozlaşdırma və həftəlik/aylıq hesabatlıq
- Debitor borclarına və ödəniş şərtlərinə nəzarət
- Yeni bazarların və biznes imkanlarının, o cümlədən Qazaxıstan və Özbəkistan istiqamətinin araşdırılması
- Bazar səviyyəsinə uyğun əmək haqqı: + satış nəticələrinə əsaslanan KPI-bonus sistemi
- Aparıcı texnologiya tərəfdaşları ilə işləmək və vendor təlimlərində iştirak imkanı
- İri korporativ və strateji layihələrlə işləmək, komanda qurmaq və satış strategiyasına təsir etmək imkanı
- Qazaxıstan və Özbəkistan bazarlarına çıxış planlarında iştirak
- Peşəkar inkişaf və karyera imkanları
Tələblər
- İT satışında minimum 5 il, bunun ən azı 2 ili rəhbər vəzifədə təcrübə
- Sistem inteqrasiyası, İT distribütorluğu və ya layihə əsaslı satış sahəsində təcrübə
- Dövlət qurumları, iri korporativ müştərilər və tenderlər üzrə satış təcrübəsi
- Satış komandasını qurmaq, hədəflər qoymaq və nəticələri ölçmək bacarığı (KPI, plan icrası, marja)
- Texniki həlli müştəri üçün biznes faydasına çevirmək və yüksək səviyyədə danışıq aparmaq bacarığı
- İT infrastruktur, şəbəkə və kibertəhlükəsizlik, bulud və virtualizasiya həllərini satış baxımından yaxşı bilmək
- CRM sistemləri ilə iş təcrübəsi (HubSpot üstünlükdür), satış proqnozlaşdırılması və büdcə bilikləri
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət
- Ali təhsil (təcihən texniki, iqtisadi və ya biznes üzrə)
- Namizəddən bütün sektorlar və texnologiyalar üzrə dərin ekspertiza gözlənilmir.
- Bir neçə istiqamətdə güclü satış təcrübəsi, qalanlar üzrə ümumi texniki və kommersiya anlayışı kifayətdir.
- Sektorlar: dövlət, bank və maliyyə, tikinti və daşınmaz əmlak, səhiyyə, qonaqpərvərlik, nəqliyyat,
- elektron ticarət, telekom, pərakəndə satış
- Həll qrupları: İT infrastrukturu və bulud, təhlükəsizlik, məlumat həlləri və süni intellekt, biznes proqram təminatı (CRM, ERP, çağrı mərkəzi, növbə idarəetmə), pərakəndə və ağıllı ticarət texnologiyaları
- Liderlik, komanda motivasiyası və nəticəyönümlülük
- Strateji və analitik düşüncə, kommersiya yanaşması
- Uzun satış dövrlərində səbr və intizam
- Müştərilərlə etibarlı, uzunmüddətli münasibətlər qurmaq bacarığı
- Texniki, satınalma və maliyyə komandaları ilə səmərəli əməkdaşlıq
- Cisco, Microsoft, Fortinet, Palo Alto Networks, VMware, HPE, Dell EMC kimi vendorların həllərinin satışı təcrübəsi
- Bank, dövlət və ya pərakəndə sektorunda formalaşmış müştəri əlaqələri
- Qazaxıstan və Özbəkistan bazarlarında iş təcrübəsi
- İri büdcəli və uzun satış dövrünə malik İT layihələrində iştirak
- Sistem inteqratoru və ya distribütor şirkətində iş təcrübəsi, texniki təhsil və ya sertifikatlar
Bilik və bacarıqlar
- CRM
- ERP
- Palo Alto
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.
122 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İT satışında minimum 5 il, 2 ili rəhbər vəzifədə olmalıdır.
Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Namizəd CV və əlaqədar sənədləri təqdim etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Satış komandasına rəhbərlik edir və yeni biznes imkanları yaradaraq satışları artırır.
B2B satışda işləyir, komanda idarə edir və CRM ilə satış proseslərini idarə edir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




