Vakansiya haqqında

“Automobiles Group” şirkətinin tərkibində fəaliyyət göstərən və premium avtomobil seqmentində təmsil olunan Li Auto markasının avtomobillərinin satışını həyata keçirmək üçün “Satış üzrə menecer” vəzifəsinə peşəkar namizəd axtarılır.

Əsas vəzifə və öhdəliklər:

  • Avtosalona gələn müştəriləri peşəkar şəkildə qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyən etmək və ehtiyaclarına uyğun avtomobil və xidmətlər üzrə təkliflər təqdim etmək;
  • Satışı həyata keçirilən b rendlər və avtomobil modelləri haqqında müştərilərə ətraflı məlumat vermək, o cümlədən modelin mövcudluğu, texniki xüsusiyyətləri, üstünlükləri, komplektasiyası, zəmanət şərtləri və servis imkanları barədə məlumatlandırmaq;
  • Müştərilər üçün test sürüşlərinin təşkilini və prosesin koordinasiyasını həyata keçirmək;
  • Mövcud kampaniyalar, xüsusi təkliflər və endirimlər barədə müştəriləri məlumatlandırmaq;
  • Müştərilərə kredit və digər maliyyələşdirmə həlləri barədə ilkin məlumat vermək, tələb olunan sənədlər və müraciət prosesi ilə bağlı düzgün istiqamətləndirmək;
  • ERP sisteminə satışlar və digər aidiyyəti məlumatları müəyyən edilmiş qaydada və mütəmadi olaraq daxil etmək, məlumatların düzgünlüyünü təmin etmək və satış prosesini sistem üzərindən izləmək.
  • Müştərilərin suallarını operativ və peşəkar şəkildə cavablandırmaq;
  • Satılmış avtomobilin müştəriyə təhvil verilməsi zamanı avtomobilin təmizliyini, komplektliyini və təqdimata hazır vəziyyətdə olmasını yoxlamaq və avtomobili müştəriyə təhvil vermək;
  • Avtosalonda nümayiş etdirilən avtomobillərin təqdimat vəziyyətinə, o cümlədən səliqəsinə, məlumat materiallarına, qiymət etiketlərinə və digər təqdimat elementlərinə nəzarət etmək;
  • Avtomobil bazarını və bazar tendensiyalarını təhlil etmək, rəqiblərin fəaliyyətini və təkliflərini izləmək;
  • Müştəri məlumatlarının CRM sistemində düzgün və vaxtında qeydiyyatını aparmaq və satış üzrə müvafiq hesabatları hazırlamaq;
  • Trade-in prosesində iştirak etmək, müştərinin avtomobilinin ilkin qiymətləndirilməsini həyata keçirmək və dəyişdirmə prosesinin rəsmiləşdirilməsinə dəstək olmaq;
  • Şirkətdə tətbiq olunan əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə riayət etmək;
  • Şirkətin daxili siyasət, prosedur və qaydalarına, habelə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etmək;
  • Şirkətə aid məxfi məlumatların qorunmasını təmin etmək, istifadəçi adları, şifrələr və parolların məxfiliyini qorumaq.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; rus və ingilis dili biliyi arzuolunandır;
  • Avtomobil satışı sahəsində minimum 2-3 il peşəkar iş təcrübəsi;
  • Satış proseslərinin qurulması və effektiv idarə olunması bacarığı;
  • MS Office proqramları və 1C ilə işləmə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Müştəriyönümlü yanaşma, yüksək məsuliyyətlilik və punktuallıq;
  • Avtomobilin əsas texniki xüsusiyyətləri və cihazları haqqında ümumi məlumatlılıq;
  • Komandada işləmək və yüksək müştəri xidməti standartlarına riayət etmək bacarığı.

Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Satış üzrə nenecer" qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
9 noyabr 2026
Baxış
135

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

122 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satış meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində yerləşir.

Avtomobil satışı sahəsində minimum 2-3 il peşəkar iş təcrübəsi tələb olunur.

MS Office proqramları və 1C ilə işləmə bacarığı tələb olunur.

Azərbaycan dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı, rus və ingilis dili biliyi arzuolunandır.

CV formalarını mövzu yerində "Satış üzrə nenecer" qeyd edərək göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satış meneceri üzrə Bakıda digər açıq elanlar.

FZ Academy
MiddleBakı
500–1 800₼

Təhsil xidmətlərinin satışını həyata keçirir və müştərilərlə effektiv əlaqə qurur, güclü ünsiyyət bacarığı tələb olunur.

PresentationCold CallingCustomer Relationship ManagementReporting+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bisso Mebel
MiddleBakı
800–1 500₼

Müştərilərlə ünsiyyət qurur, mebel və interyer sahəsində satış bacarıqları tələb olunur.

Sales target achievementCustomer CommunicationSales Process ManagementProduct Knowledge+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Odontos LTD
Middle · 5+ ilBakı
1 000₼

Şirkət məhsullarının satışını təşkil edir və satış sahəsində minimum 5 il təcrübə tələb olunur.

Customer Relationship ManagementSales StrategyReportingSales+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satış üzrə menecer
Müraciət et