HoReCa müştərilərinin satışını həyata keçirir və aktiv satış təcrübəsi tələb olunur
Vakansiya haqqında
“KATAN Textile” komandası məhsullarımızın satışının inkişafında və müştəri portfelinin genişləndirilməsində aktiv rol oynayacaq Satış Təmsilçisi axtarılır.
Əsas vəzifə öhdəlikləri
- Təhkim olunmuş satış ərazisi üzrə mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və yeni müştərilərin cəlb edilməsi;
- Təsdiq edilmiş marşrut və ziyarət planına uyğun olaraq müştərilərə mütəmadi səfərlərin həyata keçirilməsi, görüş və sifarişlərin sistemli şəkildə qeydiyyata alınması;
- KATAN Textile məhsullarının çeşidi, xüsusiyyətləri və satış şərtləri barədə müştərilərə ətraflı məlumat verilməsi və sifarişlərin formalaşdırılması;
- Təsdiq edilmiş satış planı və fərdi hədəflər üzrə gündəlik fəaliyyətin planlaşdırılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Satış nöqtələrində məhsulların mövcudluğu, düzgün nümayişi və qiymət məlumatlarının monitorinqi;
- Müştəri sifarişlərinin, çatdırılma tələblərinin və iradların aidiyyəti struktur bölmələrə vaxtında ötürülməsi və icra vəziyyətinin izlənilməsi;
- Müştərilər üzrə debitor borclarının izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsi üçün müvafiq kommunikasiya;
- Bazar, rəqiblər, qiymətlər və müştəri tələbatı barədə məlumatların toplanılması, yeni satış imkanları üzrə təkliflərin hazırlanması;
- Gündəlik ziyarət, yeni müştəri, sifariş və satış nəticələri üzrə hesabatların hazırlanması.
Vəzifəyə dair tələblər
- Orta ixtisas və ya ali təhsil;
- Satış sahəsində iş təcrübəsi üstünlükdür;
- B kateqoriyalı qüvvədə olan sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması vacibdir;
- Şəxsi avtomobildən gündəlik işgüzar səfərlərdə istifadə etmək imkanı;
- Sahə satışları, müştəri münasibətlərinin idarə edilməsi və danışıqların aparılması üzrə bacarıqlar;
- Satış marşrutlarının planlaşdırılması, mobil tətbiqlər və sadə hesabat sistemlərindən istifadə bacarığı;
- MS Office və rəqəmsal satış alətləri ilə işləmək bacarığı üstünlükdür.
- Şəxsi keyfiyyətlər
- Güclü kommunikasiya bacarığı;
- Müştəriyönümlülük;
- Nəticəyönümlülük və satış hədəflərinə fokuslanma;
- Məsuliyyətlilik və intizam;
- Təşəbbüskarlıq və çeviklik;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş yeri: Təhkim olunmuş satış ərazisi və şirkət tərəfindən müəyyən edilən iş məkanları rut üzrə satışı icrasını təmin etmək.
- Əmək haqqı: 700 Azn
KATAN Textile komandasında yer almaq və satış sahəsində peşəkar inkişaf imkanlarından yararlanmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə müraciət edə bilərsiniz
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış təmsilçisi üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 775 ₼.
73 açıq vakansiya, 67 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Təhkim olunmuş satış ərazisi və şirkət tərəfindən müəyyən edilən iş məkanları rut üzrə satışı icrasını təmin etmək.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı 700 Azn-dir.
CV-nizi mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Potensial müştərilərlə işləyir, satış prosesini idarə edir və minimum 1 il satış təcrübəsi tələb olunur.
B2B satış meneceri kimi korporativ müştərilərlə işləyir və satış bacarığı tələb olunur.
Müştərilərə yüksək xidmət göstərir və məhsullar haqqında məlumat verir, 2-3 il satış təcrübəsi tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





