Müştərilərlə əlaqə qurur, məhsulu təqdim edir və satış planını yerinə yetirir.
Vakansiya haqqında
Əsas vəzifələr
- Satış strategiyasının hazırlanmasında iştirak etməli, rəhbərə təkliflər verməlidir;
- Müştərilərə müəssisənin istehsal etdiyi məhsullar, məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında məlumatları verilməlidir;
- Müştərilərdən daxil olan sifarişlərə nəzarət etməli, məhsullar müştərilərə təhvil verilənə qədər mütəmadi əlaqə saxlamalıdır;
- Məhsulların təchizat müddətlərinin əməl edilməsinə nəzarət etməli, təchizatda yubanma yaranarsa, birbaşa rəhbərini məlumatlandırmalıdır;
- Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmalıdır;
- Potensial müştərilər haqqında məlumatlar toplamalı və rəhbərliyə təqdim etməlidir;
- Daim yeni müştərilər axtarmalı və cəlb etməlidir;
- Zavodun istehsal etdiyi əsas məhsulların (qlükoza, fruktoza, nişasta) və yan məhsulların (kəpək, özək, qarğıdalı qırıntısı, qlüten) satışını həyata keçirməlidir;
- Sağlam müştəri münasibətlərini korporativ standartlara və biznes etikasına uyğun formada qurmalıdır;
- Müştərilərin cəlbi istiqamətində görüşlər təşkil etməli və təkliflər hazırlamalıdır;
- Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etməlidir;
- Bazarda olan rəqibləri mütəmadi araşdırmalıdır;
- İşgüzar tədbirlərdə şirkəti təmsil etməlidir;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etməli, analiz aparmalı və çatışmazlıqları müəyyən edərək Kommersiya və Satış şöbəsinin müdirinə təkliflərini bildirməlidir;
- Müştərilərin borclarına daimi nəzarət etməli və borcların əvvəlcədən təyin olunmuş vadə müddətinə uyğun yığılması ilə məşğul olmalıdır
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Kommersiya, Satış və Marketinq departamenti
- Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Tələblər
- Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə Satış və ya logistika üzrə minimum 1-2 il iş təcrübəsi;
- Təchizat zəncirinin idarə olunması sahəsində praktiki bilik;
- Anbar uçotu və inventar nəzarəti;
- Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsipləri;
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan / Rus dili səlis, İngilis yaxşı;
- 1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Bilik və bacarıqlar
- 1С
- azərbaycan dili
- ERP
- ingilis dili
- Microsoft Office
- rus dili
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış təmsilçisi üzrə bazar adətən 550–870 ₼ ödəyir, median — 675 ₼.
99 açıq vakansiya, 92 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhərində, Park View Biznes Mərkəzindədir.
İş həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Satış və ya logistika sahəsində minimum 1-2 il iş təcrübəsi tələb olunur.
1C / ERP və Microsoft Office proqramlarını sərbəst istifadə etmək tələb olunur.
Azərbaycan və Rus dillərini səlis, İngilis dilini yaxşı bilməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Yeni müştərilər cəlb edir, satış və müştəri xidməti bacarıqları tələb olunur.
Məhsulların satış nöqtələrində yerləşdirilməsini və sifarişlərin təmin edilməsini həyata keçirir, satış təcrübəsi tələb olunur.
Müştərilərlə işləyir, satış planını yerinə yetirir və müştəri ehtiyaclarını müəyyən edir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



