Vakansiya haqqında

Vəzifə haqqında:

  • Bu vəzifə potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq onları Push30 xidmətləri barədə məlumatlandırmaq, satışa çevirmək və yüksək keyfiyyətli müştəri təcrübəsi təqdim etmək məqsədi daşıyır. Telesatış Mütəxəssisi satış hədəflərinə çatmaq, lead-ləri effektiv idarə etmək və müştərilərlə davamlı əlaqəni təmin etməklə komandanın ümumi nəticələrinə birbaşa töhfə verir.

Vəzifə öhdəlikləri:

  • Push30 tərəfindən təqdim olunan lead-lərlə vaxtında əlaqə saxlamaq və onları satışa çevirmək;
  • Telefon vasitəsilə potensial müştərilərə məhsul və xidmətlər haqqında dolğun və düzgün məlumat vermək;
  • Fərdi satış planını və müəyyən edilmiş KPI-ları yerinə yetirmək;
  • Lead-ləri satış boru kəmərində düzgün idarə etmək və bütün mərhələləri CRM sistemində vaxtında qeyd etmək;
  • Müştərilərlə follow-up prosesini müəyyən edilmiş standartlara uyğun şəkildə həyata keçirmək;
  • Satış skriptlərinə riayət etmək və müştərinin ehtiyacına uyğun effektiv satış təqdimatı aparmaq;
  • Müştəri etirazlarını peşəkar şəkildə idarə etmək və satışın uğurla tamamlanmasına çalışmaq;
  • Daxil olan müraciətlərə operativ cavab vermək və geri dönüş müddətlərinə riayət etmək;
  • Müştərilərlə ünsiyyət zamanı yüksək xidmət keyfiyyətini və şirkətin xidmət standartlarını qorumaq;
  • Satış prosesində yaranan problemləri vaxtında rəhbərinə bildirmək və həlli istiqamətində təkliflər vermək;
  • Zəng keyfiyyətinin artırılması məqsədilə keçirilən dinləmələrdə, təlimlərdə və kouçinq sessiyalarında iştirak etmək;
  • Satış skriptlərinin və proseslərinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Marketinq kampaniyaları və satış aksiyaları çərçivəsində müəyyən edilmiş satış fəaliyyətlərini icra etmək;
  • Şirkətin daxili prosedur və qaydalarına riayət etmək.

Tələblər:

  • Biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil üstünlükdür;
  • Telesatış, satış, müştəri xidmətləri və ya zəng mərkəzi sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Telefon vasitəsilə satış aparmaq və müştəri etirazlarını idarə etmək bacarığı;
  • Satış hədəfləri və KPI-larla işləmək təcrübəsi;
  • CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları;
  • Analitik düşüncə və nəticəyönümlü yanaşma;
  • Azərbaycan və rus dillərində sərbəst bilik, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarından istifadə bacarığı.

Bu rolda uğur qazanacaq şəxs:

  • Nəticəyönümlü və satış etməyi sevən;
  • Güclü ünsiyyət və inandırma bacarıqlarına malik;
  • Aktiv dinləmə bacarığı olan;
  • Etirazlarla işləməyi bacaran;
  • Məsuliyyətli və intizamlı;
  • Yüksək tempdə işləməyi bacaran;
  • Müştəriyönümlü düşüncə tərzinə malik;
  • Öyrənməyə açıq və davamlı inkişaf etməyə maraqlı;
  • Komandada işləməyi bacaran və müsbət münasibət quran.

Ünvan: Bakı şəhəri, Qurban Abbasov 5, Bayıl Bay Kempinski

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Zəhmət olmasa, email-in mövzu hissəsində “Telesatış Mütəxəssisi” qeyd edin.

Yerləşmə
Azərbaycan
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
30 avqust 2026

Şirkət haqqında

Push30
İnformasiya və kommunikasiya, İnternet və rəqəmsal platformalar
Push30 — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Buta Park
Middle · 2–3 ilBakı
800–1 200

Tikinti sektorunda korporativ satış aparır və tenderlərlə işləmək bacarığı tələb olunur

Corporate SalesContract NegotiationB2B SalesCustomer Relationship Management+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Telesatış mütəxəssisi
Müraciət et