Korporativ müştərilərlə satış aparır və ən azı 3 il satış təcrübəsi tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin araşdırılması, hədəf siyahısının hazırlanması və soyuq/isti təmasların qurulması;
- Müştəri sənəd proseslərinin təhlili və platformanın onlara verəcəyi qənaətin rəqəmlərlə əsaslandırılması;
- Onlayn və üzbəüz demo görüşlərinin təşkili, platformanın canlı təqdimatı
- Fərdi kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilənin bağlanması;
- Yeni müştərinin platformaya köçürülməsi (onboarding) prosesinin müşayiəti;
- Mövcud portfelin idarə edilməsi, abunəliyin uzadılması və portfelin böyüdülməsi;
- Aylıq satış planının icrası, həftəlik hesabatın rəhbərliyə təqdim edilməsi;
- Bütün təmasların və satış mərhələlərinin CRM sistemində qeydiyyatı;
- Müştərilərdən gələn geri bildirimlərin məhsul komandasına ötürülməsi.
Tələblər:
- B2B / korporativ satış sahəsində minimum 1 il təcrübə;
- Ali təhsil (marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat üzrə üstünlük verilir);
- Azərbaycan dilini səlis bilmək; rus və ya ingilis dili üstünlükdür;
- MS Excel-də sərbəst işləmək bacarığı (hesabat, sadə analiz);
- CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
- Güclü danışıq, təqdimat və etirazlarla işləmə bacarığı
- Bakı daxilində müştəri görüşlərinə çıxmaq imkanı
- Rəqəmsal məhsul / SaaS satışı təcrübəsi böyük üstünlükdür
İş barədə məlumat:
- Əmək haqqı: 600 AZN + bonus.
- İş yeri: Bakı, Ə. Rəcəbli küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00
CV-lərinizi “Korporativ Satış mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600 ₼
Yerləşdirilib
28 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
28 sentyabr 2026
Şirkət haqqında
Fintech Lab MMC
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
600–700₼
Müraciət etAsan müraciətAsan müraciət
800–1 200₼
Korporativ satış və dövlət satınalmaları üzrə müştəri cəlb etmək və tender sənədlərini təhlil etmək bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
600–5 000₼
Korporativ müştərilərlə işləyir, yeni müştərilər cəlb edir və satış bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Texniki xidmətlərin satışını həyata keçirir, güclü ünsiyyət və satış təcrübəsi tələb olunur.



