Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb etmək bacarığı tələb olunur.
Vakansiya haqqında
CASPOS MMC komandamıza “Proqram təminatı üzrə satış mütəxəssisi” axtarırıq.
Məsuliyyət və vəzifələr:
- Şirkətin proqram təminatları (ERP, Bulud həlləri və s.) barədə mövcud və potensial müştərilərə təqdimatlar etmək;
- Müştərilərlə görüşlər (online və oflayn) keçirmək, demo təqdimatlar aparmaq;
- Yeni müştəriləri cəlb etmək, mövcud müştəri bazası ilə əlaqələri qoruyub inkişaf etdirmək;
- Müştəri ehtiyaclarını analiz edib uyğun proqram həllərini təklif etmək;
- Qarşıya qoyulmuş satış hədəflərini icra etmək və nəticələr barədə hesabat vermək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
- Tenderlər və kommersiya təklifləri hazırlamaq, müqavilələrin bağlanmasında iştirak etmək;
- Satış prosesini CRM üzərindən idarə etmək və satış mərhələlərini izləmək;
- Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək və hesabatlılıq təmin etmək.
Tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramları (xüsusilə Excel) bilmək;
- CRM sistemlərində işləmə təcrübəsi;
- Proqram təminatı, ERP, SaaS həlləri və inteqrasiya prinsipləri barədə ümumi biliklər;
- Azərbaycan dili – səlis, rus və ingilis dillərini bilmək arzuolunandır;
- Minimum 1 il B2B satış təcrübəsi (proqram təminatı və ya texnologiya sahəsində olması üstünlükdür).
Fərdi keyfiyyətlər:
- Yaxşı ünsiyyət və təqdimat bacarığı;
- Müştəri yönümlü düşüncə və aktiv satış bacarığı;
- Analitik düşüncə və problemlərin həllinə yönəlmək;
- Tapşırıqları operativ icra etmək və nəticəyə fokuslanmaq;
- Daim öyrənməyə və texnologiya yeniliklərini izləməyə maraqlı olmaq.
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük, 09:00–18:00;
- Korporativ nömrə və danışıq balansı təmin edilir;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Proqram təminatı üzrə satış mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 950–1 350 ₼ ödəyir, median — 1 025 ₼.
52 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, saat 09:00–18:00-dır.
Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə təmin edilir.
Namizədlər CV-lərini mövzu hissəsində “Proqram təminatı üzrə satış mütəxəssisi” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərlə B2B satış əlaqələri qurur və satış hədəflərinə nail olur.
IT sahəsində ERP sistemlərinin satışını həyata keçirir, ən azı 1-2 il təcrübə tələb olunur.
Motosiklet və aksesuarların satışını həyata keçirir, güclü ünsiyyət bacarığı tələb olunur.




