Vakansiya haqqında

  • Sektorun fəaliyyət istiqamətinə aid edilən imtahanlar üzrə qanunvericilik və digər əlaqəli imtahan fənlərinin qəbul proqramlarını hazırlamaq və ehtiyac yarandıqda onlarda zəruri düzəlişlər aparmaq;
  • Müvafiq imtahanların qanunvericilik üzrə test bankındakı yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlər cəlb etmək, onlara müvafiq təlimatlar vermək (treninqlər keçmək);
  • Mövcud olan test tapşırıqları bankının (istiqamətlər üzrə) mütəmadi olaraq təftişini təşkil etmək;
  • İxtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək;
  • Müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı şəraitdə yoxlanılması və ekspertizasında iştirak etmək (və ya müvafiq istiqamət üzrə yekun ekspertizanı kurasiya etmək)
  • Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət etmək;
  • Yoxlama-ölçmə materiallarının ekspertizası prosesinin yekunu baradə sənədləşməni aparmaq (müvafiq akt və protokolları tərtib edib, aidiyyəti üzrə təqdim etmək);
  • İmtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak etmək;
  • Səlahiyyətləri daxilində sektora daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq;
  • Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

Xüsusi tələblər

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Staj tələbi: minimum 2 il;
  • Test metodologiyasına dair biliklər;
  • Azərbaycan dilini yüksək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
  • MS Windows və MS Office proqramlarında, eləcə də internet resursları ilə sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı, diqqətlilik, metodoloji düşüncə, məlumatların məxfiliyinin qorunması, ekspertlərlə işləmə bacarığı, məsuliyyətlilik və intizamlılıq

Müraciət qaydası: Namizədlər 6 sentyabr 2026-cı il tarixinədək linkinə daxil olaraq “imtahanlar sektoru-baş məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət üçün (CV):
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Dillər
Azerbaijani, English, Russian

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bir
2 ilBakı
Maaş göstərilməyib

İnsan resursları məlumatlarını təhlil edir və hesabatlar hazırlayır, SQL və Python bilikləri tələb olunur

Data AnalysisData VisualizationReport PreparationPython+9
Müraciət et
Maaş göstərilməyib

Direktorun gündəlik işlərini təşkil edir və MS Office proqramlarında sərbəst işləməyi bacarır

Meeting CoordinationOffice AdministrationSchedule ManagementDocument preparation+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş məsləhətçi
Müraciət et