Otelin gündəlik fəaliyyətini idarə edir və ön ofis işçilərinin məhsuldarlığını təmin edir.
Vakansiya haqqında
Metro City Hotel Baku-dən vakansiya: Gecə meneceri tələb olunur
Vəzifə öhdəlikləri:
- Bütün qonaqların şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
- Növbə ərzində ictimai və qeyri-ictimai yerlərdə yoxlamaların aparılması;
- Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
- Gecə növbəsi işçilərinə nəzarət: xadimələr, nömrələrə xidmət göstərmə və onların fəaliyyətinin səmərəli idarə olunmasının təmin edilməsi;
- Növbənin dəyişdirilməsi zamanı həll edilmiş və ya edilməmiş problemlərin rəhbərliyə bildirilməsi;
- Günün sistem üzərindən tələb olunan qaydada bağlanışı prosesində iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəliklərini yerinə yetirmək;
- Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək.
Namizədlərə tələblər:
- Təhsil : Natamam ali
- İş təcrübəsi : 1 ildən 3 ilə kimi (otel sahəsində təcrübə)
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 25-35 yaşında Bəy namizədlərin müraciətlərinə üstünlük verilir
- Azərbaycan və İngilis dilində sərbəst danışıq;
- Otel idarəetmə sistemi olan Elektra biliklərinin olması vacibdir;
- MS Office, Outlook (istifadəçi səviyyəsi) və MS Excel bilikləri;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
- Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı;
- Ünsiyyət qurma və izah etmə qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: 6 günlük (1 gün istirahət)
- İş vaxtı: 20:00 – 08:00
- İş yeri: Bakı, Nərimanov, F. Xoyski küçəsi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 800 AZN təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski küçəsindədir.
İş qrafiki həftədə 6 gün, iş saatları 20:00-dan 08:00-dəkdir.
Başlanğıc aylıq əmək haqqı 800 ₼ təşkil edir.
Əmək müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyinə əsasən rəsmi qeydiyyatla təmin edilir.
Namizədin yaşı 25-35 arası, natamam ali təhsilli olması tələb olunur.
Azərbaycan və İngilis dillərində sərbəst danışmaq tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQəbul və qedyiyyat üzrə menecer müavini üzrə Bakıda digər açıq elanlar.
Otel əməliyyatlarını idarə edir, komanda rəhbərliyi və maliyyə idarəçiliyi bacarıqları tələb olunur
Qusar şəhərində qonaq xidməti şöbəsini idarə edib komandanı motivasiya etmək tələb olunur
Şirkət əməkdaşlarının xidməti səfərləri üçün aviabilet və otel rezervasiyalarını təşkil etmək tələb olunur




