Gəncə və ətraf rayonlarda B2B satış və müştəri əlaqələrini idarə etmək tələb olunur.
Vakansiya haqqında
İş yeri: Gəncə şəhəri və ətraf rayonlar
İş qrafiki: Tam iş günü (09:00 – 18:00)
Əmək haqqı: Sabit maaş + satışdan bonus (KPI əsasında yüksək gəlir imkanı)
Şirkət təklif edir:
Rəsmi qeydiyyat (AR Əmək Məcəlləsinə uyğun);
Rəqabətə davamlı sabit əmək haqqı və satış həcminə uyğun limitsiz bonus sistemi;
Korporativ nömrə və yanacaq xərclərinin təminatı;
Peşəkar və inkişaf yönümlü iş mühiti.
Müraciət qaydası:
Vəzifə öhdəlikləri
Təhkim olunmuş ərazi üzrə mövcud müştərilərlə (çörək sexləri, şirniyyat evləri, topdansatış məntəqələri, marketlər) işləmək və yeni müştəri bazası formalaşdırmaq;
Məhsul çeşidlərini (əla, 1-ci və 2-ci növ unlar və s.) müştərilərə təqdim etmək, keyfiyyət göstəriciləri barədə dolğun məlumat vermək;
Sifarişlərin vaxtında qəbulunu və çatdırılma prosesinə nəzarəti təmin etmək;
Debitor borcların vaxtında yığılmasına nəzarət etmək və hesabatlılığı aparmaq;
Bazar araşdırması aparmaq, rəqiblərin qiymət və kampaniyalarını izləmək;
Gündəlik və aylıq satış planlarını icra etmək, rəhbərliyə mütəmadi hesabat vermək.
Tələblər
Təcrübə: B2B və ya FMCG (xüsusilə un, taxıl, qida məhsulları) sahəsində minimum 1-2 il satış təcrübəsi;
Sürücülük vəsiqəsi: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması üstünlükdür (yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır);
Çörək sexləri və topdansatış şəbəkələri ilə işləmə bacarığı və əlaqələrinin olması;
Yüksək ünsiyyət, inandırma və danışıqlar aparma qabiliyyəti;
Məsuliyyətli, punktual və nəticə yönümlü olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.
203 açıq vakansiya, 135 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş Gəncə şəhəri və ətraf rayonlarda yerləşir.
İş qrafiki tam iş günü, saat 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı sabit maaş və satışdan bonusdan ibarətdir.
Minimum 1-2 il B2B və ya FMCG sahəsində satış təcrübəsi tələb olunur.
B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobil üstünlükdür.
Müraciət etmək üçün sənədləri e-poçt vasitəsilə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Gəncədə digər açıq elanlar.
Şəbəkə marketlər və HoReCa üçün satış ekspeditoru kimi müştəri bazasını idarə etmək tələb olunur
Korporativ müştərilərlə işləyən və satış təcrübəsi olan nəticəyönümlü satış təmsilçisi axtarılır
Yeni biznes müştərilərini axtarıb cəlb etmək və satış bacarıqları ilə nəticə əldə etmək.

