Sənaye və tikinti sahəsində yeni müştərilər tapmaq və satışları idarə etmək tələb olunur
Vakansiya haqqında
Industrial Solutions Group MMC sənaye nasosları, kompressorlar, elektrik mühərrikləri, klapanlar və onların ehtiyat hissələrinin təchizatı ilə məşğul olan şirkətdir. Neft-qaz, kimya, metallurgiya və istehsalat sahəsində iri müəssisələrlə işləyirik. Komandamızı genişləndirmək üçün sənaye satışında təcrübəli əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
- Mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və yeni müştərilər cəlb etmək
- Müştəri sorğularını (RFQ) qəbul etmək, texniki tələbləri dəqiqləşdirmək və kommersiya təklifləri hazırlamaq
- Xarici istehsalçılar və tədarükçülərlə danışıqlar aparmaq, qiymət və texniki təkliflər almaq
- Tenderlərdə iştirak prosesini idarə etmək
- Müştəri görüşləri və şirkət təqdimatları keçirmək
- Satış planını yerinə yetirmək və satış hesabatlarını aparmaq
Namizədə tələblər
- Sənaye avadanlıqlarının satışı sahəsində ən azı 3 il iş təcrübəsi
- Nasoslar, kompressorlar, elektrik mühərrikləri və ya digər texniki avadanlıqlar barədə yaxşı bilik
- Texniki göstəriciləri oxumağı və texniki sənədlərlə işləməyi bacarmaq (data sheet, texniki şərtlər)
- Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilmək
- Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı, nəticəyə yönəlik iş tərzi
Üstünlüklər
- Mühəndislik diplomu
- Rus dilini bilmək
- Neft-qaz və ya sənaye müəssisələri ilə iş təcrübəsi və müştəri bazası
Biz təklif edirik
- Sabit maaş + satışdan bonus (məbləğ müsahibə zamanı razılaşdırılır)
- Rəsmi əmək müqaviləsi
- Tanınmış beynəlxalq brendlərlə iş imkanı
- Peşəkar inkişaf və karyera artımı
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Ələsgər Qayıbov küç. 10Q, STN Business Centre
- İş qrafiki: həftədə 5 gün, 09:00–18:00
CV-nizi "Satış meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.
173 açıq vakansiya, 122 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaŞirkət haqqında
ISG – Azərbaycan Respublikasının ərazisində təsis edilmiş, özəl şirkətdir. Biz, ölkə xaricində müxtəlif fəaliyyət sahələrində özünü göstərən partnyorlarımızla birlikdə, ölkəmizə müasir texnologiyalar ve innovativ həllər təklif edirik.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Ələsgər Qayıbov küç. 10Q, STN Business Centre-dədir.
Həftədə 5 gün, saat 09:00–18:00 işləmək tələb olunur.
Sabit maaş və satışdan bonus təklif olunur, məbləğ müsahibədə razılaşdırılır.
Sənaye avadanlıqları satışında ən azı 3 il iş təcrübəsi tələb olunur.
CV-ni "Satış meneceri" başlığı ilə göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Kosmetika məhsullarının topdan satışını idarə etmək və yeni müştərilər cəlb etmək tələb olunur
Avtomobil satışında müştəri ehtiyaclarını müəyyənləşdirib uyğun məhsul təklif etmək tələb olunur
Müştərilərlə əlaqə qurur, satışları artırır və bazar payını genişləndirir, minimum 2 il təcrübə tələb olunur



