Специалист по финансовому менеджменту

в Life at Bir

Локация
Bakı
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
2 июня 2026
Языки
Azerbaijani, English

О роли

Ümumi məlumat

Şirkətin strateji hədəflərinə uyğun performans göstəricilərinin formalaşdırılması, təhlili və monitorinqi proseslərində iştirak edəcək, analitik hesabatlar və məlumat əsaslı təhlillər vasitəsilə biznes qərarlarının qəbuluna dəstək göstərəcək Maliyyə Menecmenti departamentinin Əsas Fəaliyyət Göstəricilərinin Təyini və Hesabatlığı şöbəsinin Mütəxəssisi axtarırıq.

Öhdəliklər

  • Şirkətin strateji hədəflərinin icrasına nəzarət prosesində iştirak etmək və bu hədəflərlə bağlı analitik təhlillər aparmaq;
  • Şirkətin maliyyə modeli və strateji planları əsasında struktur bölmələr üzrə performans göstəricilərinin formalaşdırılması və ötürülməsi prosesində iştirak etmək;
  • Müxtəlif struktur bölmələr üzrə performansın idarə olunması ilə bağlı mütəmadi təhlillər aparmaq, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi prosesinə dəstək göstərmək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə məlumatların analizi və interpretasiyasını həyata keçirmək;
  • Müəyyən edilmiş maliyyə və performans göstəriciləri üzrə şirkətin fəaliyyətini mütəmadi təhlil etmək və nəticələr barədə rəhbərliyi məlumatlandırmaq;
  • Analitik hesabatların hazırlanmasında iştirak etmək və biznes qərarlarının qəbuluna məlumat əsaslı töhfə vermək;
  • Şöbənin fəaliyyət istiqamətlərindən irəli gələn digər vəzifələri icra etmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • ACCA (FA, MA, PM) və ya digər əlaqəli sertifikatlar üstünlükdür;
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə bilik (xüsusilə MS Excel) (SQL bilikləri üstünlükdür);
  • Güclü analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə bacarığı.

О компании

Life at Bir
Financial Services · 5,001-10,000 · Bakı

Bir fürsətdir

Все вакансии Life at Bir

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Специалист по финансовому менеджменту
Откликнуться