Phone CommunicationOffice ManagementDocumentation
Локация
Xəzər filialı
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
24 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
20 июля 2026
Навыки и технологии
О роли
Birbankın Xəzər filialında Kassa əməliyyatları üzrə mütəxəssis vəzifəsi üzrə detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Vəzifə öhdəlikləri
- Bankın daxili qaydalarına əsasən, İH-nin qəbul etdiyi xidmət bölməsinin mütəxəssislərinin kassa əməliyyatları üzrə hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində əməliyyat planlarını yerinə yetirmək.
- Əməliyyat gününün əvvəlində xəzinəyə məsul şəxsdən müvafiq məxaric əməliyyatlarını icra etmək üçün təhtəl hesabla müəyyən məbləğdə vəsait almaq.
- Əməliyyat gününün sonunda təhtəl hesab üzrə alınmış vəsaitin qalığını və digər mədaxil olunan məbləği xəzinəyə məsul şəxsə müvafiq qaydada təhvil vermək.
- Müştərilərin müraciətlərinə əsasən kommunal, büdcə və digər xırda ödənişləri həyata keçirmək.
- Ödəniş terminallarını inkassasiya etmək.
- Təyin edilmiş valyuta məzənnəsinə uyğun olaraq xarici valyutaların mübadiləsini həyata keçirmək.
- Filial üzrə sifariş verilmiş ödəniş kartlarını müvafiq şəxslərdən qəbul etmək.
- Müştərilərin müraciətlərinə əsasən POS terminal vasitəsilə nağd vəsaitlərin kassadan məxaric edilməsini həyata keçirmək.
- Müştərilərin müraciətlərinə əsasən onların hesablarına nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını bank əməliyyat sistemində (BƏS) təsdiq etmək.
- Əməliyyat gününün sonunda qəbul edilmiş HÖP ödənişlərini tranzit hesaba mədaxil etmək.
- Əməliyyat gününün sonunda qəbul edilmiş HÖP ödənişlərin reyestr əsasında kassaya mədaxil sənədini tərtib etmək.
- Filialın kassasında olan nağd vəsaitlərin çeşidlənməsini və xüsusi vakuum cihazında müvafiq qaydada paketlənməsini həyata keçirmək.
- Əməliyyat gününün sonunda kassa sənədlərinin yoxlanılması və tələb olunan qaydada arxivləşdirilməsini həyata keçirmək.
- Günün əvvəlində ödəniş kartlarını xidmət bölməsinin əməliyyat üzrə məsul əməkdaşına akt əsasında təhvil vermək və günün sonunda müştərilərə verilməmiş ödəniş kartlarını eyni qaydada geri almaq.
- Əməliyyat gününün sonunda xidmət bölməsinin əməliyyat üzrə mütəxəssislərindən balansdankənar məxaric orderlərini qəbul etmək və günün digər sənədləri ilə birlikdə arxivləşdirmək.
- İkili nəzarət prinsipinin təmin edilməsi məqsədilə bölmənin digər əməkdaşının hazırladığı sənədlər toplusunun qaydalara uyğun hazırlanmasını yoxlamaq və BƏS-də təsdiq etmək.
- Bilik səviyyəsini artırmaq məqsədilə öz üzərində işləmək və Bankın təşkil etdiyi treninqlərdə iştirak etmək.
- Bölməyə cəlb edilmiş təcrübəçilərə və yeni əməkdaşlara nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsində dəstək göstərmək.
- Gündəlik fəaliyyəti ilə əlaqədar hazırlanmış bütün sənədləri qovluğa yerləşdirərək müvafiq qaydada arxivləşdirilməsini həyata keçirmək və qovluqların struktur bölmədə təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək.
- Ehtiyac yarandığı təqdirdə TİO İRD-nin əmri əsasında Xidmət bölməsinin rəhbəri istisna olmaqla digər xidmət bölməsinin əməliyyat üzrə çalışan əməkdaşlarını əvəz etmək.
- Müştərilərin müraciətlərinə əsasən digər bank əməliyyatlarını həyata keçirmək və bölmənin fəaliyyətinə aid digər cari işlərin görülməsində iştirak etmək.
- Əmək müqaviləsi, filialın Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələblər
- Ali təhsilə
- Bank sektorunda, kassa əməliyyatları sahəsində minimum 1 il iş təcrübəsinə
- Mükəmməl səviyyədə Azərbaycan dili biliyinə (Rus və İngilis dili biliyi üstünlükdür)
- Yüksək səviyyədə ünsiyyət bacarığına
- Empatiya və dinləmə qabiliyyətinə
- Problem həll etmə, təşəbbüskarlıq və sahiblənmə bacarıqlarına
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Platinum əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
О компании
Birbank
Banking · Baku
Digital bank and flagship app of Kapital Bank — the centre of Azerbaijan's Bir ecosystem. 3M+ active users and the country's largest branch network. Part of Kapital Bank (PASHA Holding).
Все вакансии BirbankПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Banking ProductsCredit AnalysisAccount Management
Phone CommunicationNegotiationCustomer Service
Record KeepingMicrosoft WordMicrosoft Excel

