Локация
Азербайджан
Опыт
Lead
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
19 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
19 июля 2026

О роли

Vəzifə üzrə əsas öhdəliklər:

  • Rezidentlərin müraciətlərini qəbul etmək, qeydiyyata almaq və icrasına nəzarət etmək (internet xidmətlərinin qoşulması, nəqliyyat vasitələrinin qeydiyyatı, giriş kartları və digər xidmətlərin təşkili).
  • Rezidentlərə yaşayış və kompleks tərəfindən təqdim olunan xidmətlərlə bağlı məlumat vermək.
  • Sakinlərlə görüşlər keçirmək və idarəedici şirkətin maraqlarını təmsil etmək.
  • Texniki və servis xidmətləri tərəfindən müraciətlərin vaxtında icrasına nəzarət etmək.
  • Kommunal və xidmət haqları üzrə borclarla bağlı sakinlər və mənzil sahibləri ilə əlaqə saxlamaq.
  • Öz səlahiyyətləri çərçivəsində debitor borcların uçotunu və nəzarətini həyata keçirmək.
  • Rezidentlərin müraciətləri üzrə sənədləşməni aparmaq və məlumat bazasının aktuallığını təmin etmək.
  • Rezidentlərin məsələlərinin həlli üçün podratçı təşkilatlar və daxili şöbələrlə koordinasiyanı təmin etmək.

Namizədə tələblər:

  • Yaşayış komplekslərinin idarə olunması və istismarı sahəsində baza bilikləri.
  • Müştəri xidməti standartları üzrə biliklər.
  • Şikayət və mübahisəli halların idarə olunması bacarığı.
  • İşgüzar yazışma və danışıqlar aparmaq bacarığı.
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst.
  • Rus dili – sərbəst.
  • İngilis dili – orta.

İş şəraiti:

  • İş rejimi: 6 günlük iş qrafiki
  • Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
  • Ünvan: Sea Breez. Marina Village Residence

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Resident Manager
Откликнуться