Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
600–600 ₼
Опубликовано
9 июля 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
9 августа 2026

О роли

Tələblər:

  • Cins: kişi
  • Yaş həddi: 20-35 yaş
  • Orta təhsil
  • Müştəri ilə əlaqəli vəzifələr üzrə 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili səlis (Rus dili bilənlərə üstünlük veriləcək)
  • BC kateqoriyalı sürücülük vəsiqəsi və min 3 il avtomobil idarə etmə təcrübəsi (mexaniki və avtomat SQ)
  • Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığına malik olan

Öhdəliklər:

  • Xidmət ustalarının vəzifə borclarını bilib və ustaların gördükləri işin gedişatını və yerinə yetirilmə müddətini kontrol etmək
  • Ustaların iş cədvəllərinə riayət edilməsinə nəzarətin təşkil etmək
  • Müştərilərə məxsus avtonəqliyyat vasitələrini servis zonasına və servis zonasından sürmək
  • İş zamanı meydana çıxan nasazlıqlar barədə satış şöbəsini və müştəriləri məlumatlandırmaq
  • İşçilərin öhdəliyinə qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı lazım olan maddi-texniki, məlumat resursları ilə təmin edilməsini yoxlayıb, fasilələrin, qəzaların, işin müvəqqəti durmasının qarşısını almaq üçün tədbirlər qəbul etmək
  • İstifadə olunan sərfiyyat materiallarının xərcinə nəzarət edib və onların uçotun aparmaq
  • İş kartlarını doldurmaq
  • Avadanlığın istismar effektinin artırılması, əməyin səmərəliliyini yüksəlməsi üzrə təqdimatların hazırlanmasında, maddi və əmək resusrlarının qənaət rejiminə riayət etmək
  • Iş yerinin iş zamanı səliqəli saxlanılmasını təmin etmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikasının normalarına, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə təhlükəsizliyi tələblərinə, həmçinin daxili inzibati qaydalara və kommersiya sirrinin saxlanılması rejiminə riayət etmək

İş şəraiti:

  • İş saatı: 09:00-18:00 və 12:00-21:00 (növbəli)
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İş rejimi: Həftənin 6 günü növbəli; istirahet günü həftə içi
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
  • Sabit əmək haqqı: 600 AZN
  • Şirkət: Radius Təkər Mərkəzi

О компании

Radius
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku

Radius - 100% milli brenddir və Avtomobil Təkər Mərkəzlərinin şəbəkəsi kimi nəzərdə tutulub. Radius müştərilərinə xidmətlərin keyfiyyətli icrası, məhsul çeşidi, şinlər və avtomobil ilə bağlı tövsiyələrini təklif edir. Beləliklə, söhbət şinlərdən gedirsə, Radius – ilk seçim yeridir! Radius ilk müştərilərini 2014-cü ildə qarşıladı. Təkər mərkəzinin açılması ideyası sənayenin bu sahəsinə yenidən baxılmasına yönəlmişdir. Bu gün baş ofisi Bakida olan Radius öz uğurunu avtomobil sənayesinin köhnə stereotiplərinə tab gətirməsində görür.

Все вакансии Radius

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
600–600 ₼
Avtomobil qəbulçusu
Откликнуться