Главный специалист по связям с общественностью

в AFB Bank

Локация
Азербайджан
Опыт
3–5 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
15 июля 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
15 августа 2026

О роли

İş şəraiti

  • Marketinq departamenti
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Tələblər:

  • Ali təhsil (Jurnalistika, Filologiya, İctimaiyyətlə əlaqələr, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
  • PR, korporativ kommunikasiya, media əlaqələri və ya oxşar sahədə minimum 3-5 il təcrübə;
  • Azərbaycan dilini qrammatika və üslub qaydalarını mükkəməl bilmək, ingilis və rus dililərini bilmək üstünlükdür;
  • Güclü kopiraytinq bacarıqları və müxtəlif formatlarda peşəkar mətn hazırlamaq təcrübəsi;
  • Press-relizlərin, müsahibələrin, analitik məqalələrin və korporativ məzmunların hazırlanması üzrə təcrübə;
  • Liderlik kommunikasiyası (Lidership communication) və rəhbər şəxslərin reputasiya idarəçiliyi sahəsində təcrübə;
  • Media bazarı, xəbər gündəmi və kommunikasiya tredləri barədə dərin biliklər;
  • KİV nümayəndələri ilə geniş peşəkar əlaqələr şəbəkəsinin olması üstünlükdür;
  • Korporativ tədbirlərin, forumların, sərgilərin və ictimai layihələrin təşkili üzrə təcrübə;
  • Strateji düşünmə, yaradıcı yanaşma və yüksək təqdimat bacarıqları;
  • Məsuliyyətlilik, təşəbbüskalrlıq və nəticəyönümlülük;
  • Yüksək kommunikasiya və təqdimat bacarıqları;
  • Kreativ düşüncə və innovativ yanaşma;
  • Analitik təfəkkür və operativ qərarvermə qabiliyyəti;
  • Komandada və müstəqil işləmək bacarığı;
  • Vaxtın effektiv idarə olunması və çoxşaxəli layihələrin paralel idarə edilməsi bacarığı.

İşin təsviri:

  • Bankın ictimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Bankın və rəhbər heyətin media və ictimai nüfuzunun gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Press-relizlər, müsahibələr, məqalələr, çıxış mətnləri, korporativ bəyanatlar və digər kommunikasiya materiallarını hazırlamaq;
  • Bankın rəhbərliyi üçün sosial media patformalarında paylaşılacaq peşəkar məzmunların hazırlanmasını təmin etmək;
  • Rəhbər şəxslərin şəxsi brendinin formalaşdırılması və bazarda tanınmasının artırılması istiqamətində fəaliyyət planları hazırlamaq və icra etmək;
  • Media nümayəndələri ilə effektiv əməkdaşlıq qurmaq, mövcud əlaqələri inkişaf etdirmək və yeni əlaqələr yaratmaq;
  • KİV nümayəndələri ilə görüşlər, media tədbirləri və mətbuat konfranslarının təşkili və koordinasiyasını həyata keçirmək;
  • Korporativ sosial məsuliyyət (CSR) layihələrinin planlaşdırılması, idarə olunması və kommunikasiya dəstəyinin təmin edilməsi;
  • Bankın iştirak etdiyi formlar, sərgilər, konfranslar və digər tədbirlərin kommunikasiya hissəsini koordinasiya etmək;
  • Korporativ kommunikasiya layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Bankın kommunikasiya fəaliyyətinin effektivliyini izləmək və müvafiq hesabatlar hazırlamaq;
  • Agentliklər, tərafdaş qurumlar və digər maraqlı təfərlərlə işin koordinasiyasını həyata keçirmək.

О компании

AFB Bank
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex

2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanunun 19 maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. Bankın təsisçilərinin Bankı yaratmaqda məqsədləri Azərbaycan Respublikasında orta təbəqə əhaliyə və korporativ müştərilərə tam yeni keyfiyyətdə bank xidmətləri göstərən, xidmətlərinin çeşidinə görə seçilən, müştəriləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri quran, onların məsləhətçisi olan, rəqabət qabiliyyətli şərt və qiymətlərlə müştərilərin aktiv-passiv məhsullara olan tələbatını ödəyən bir universal bank yaratmaqdan ibarətdir.

Все вакансии AFB Bank

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Главный специалист по связям с общественностью
Откликнуться