Навыки и технологии
О роли
Supertoys oyuncaq mağazaları şəbəkəsindən vakansiya: Rəqəmsal Marketinq Mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Meta Ads və Google Ads kampaniyalarının qurulması, idarə olunması və optimizasiyası
– TikTok Ads Manager vasitəsilə reklamların planlanması, icrası və nəticələrinin analiz edilməsi.
– Lead generation və satış yönümlü reklam strategiyalarının hazırlanması
– Kampaniya performansının gündəlik monitorinqi və optimallaşdırılması
– A/B testlərin planlaşdırılması və icrası
– Reklam nəticələrinin təhlili və hesabatların hazırlanması
– Rəqib analizlərinin aparılması və bazar tendensiyalarının izlənilməsi
– Kreativ komanda ilə koordinasiyalı işləyərək reklam konseptlərinin hazırlanması
– Yeni marketinq imkanları və inkişaf istiqamətləri üzrə təkliflərin təqdim edilməsi
– KPI və performans hədəflərinin icrasına məsul olmaq
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Digital Marketing sahəsində minimum 1 il iş təcrübəsi
– Yaş həddi: 20–35 arası namizədlər
– Meta Ads Manager ilə peşəkar səviyyədə işləmək bacarığı
– Google Ads üzrə praktiki təcrübə
– Google Analytics, GTM və hesabat alətləri ilə işləmək bacarığı
– TikTok Ads Manager
– LinkedIn Campaign Manager
– Analitik düşüncə və dataya əsaslanan qərarvermə bacarığı
– Yüksək məsuliyyət hissi və təşəbbüskarlıq
– Tapşırıq gözləyən deyil, həll təklif edən yanaşma
– Azərbaycan dili sərbəst, ingilis dili arzuolunandır
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1000 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır
5/5 - (1 səs)
О компании
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Все вакансии Super ToysПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.




