Навыки и технологии
О роли
Pilgrim Education – beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən qabaqcıl şirkət – öz komandasında “Məsləhətçi” vəzifəsinə peşəkar namizədləri dəvət edir.
Əsas vəzifələr:
- Potensial müştərilərlə üzbəüz və ya onlayn konsultasiyalar keçirmək;
- Xaricdə təhsil proqramları, universitetlər və təqaüd imkanları haqqında ətraflı məlumat vermək;
- Müştərilərlə güclü və uzunmüddətli əlaqələrin qurulması və saxlanılması üçün davamlı kommunikasiyanın təşkili;
- Müştəri sorğularını operativ cavablandırmaq, narahatlıqları və problemləri həll etmək;
- Müştərilərə təqdim edilən məlumatların düzgün və aktual olması üçün daxili komandalarla koordinasiyalı işləmək;
- Xaricdə Təhsil Departamenti üçün konsultasiya strategiyalarının hazırlanmasında rəhbərliklə əməkdaşlıq etmək;
- Pilgrim Education-ı təmsil etmək üçün təhsil sərgiləri, seminarlar və şəbəkələşmə tədbirlərində aktiv iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil (bakalavr dərəcəsi minimum);
- Təhsil, müştəri xidməti və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (xaricdə təhsil sahəsində təcrübə üstünlükdür);
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili əlavə üstünlükdür);
- Dinləmə və empatiya bacarıqları – müştəri ehtiyaclarını düzgün anlamaq qabiliyyəti;
- Sürətli öyrənmək, detallara diqqətli olmaq və təşəbbüskar davranmaq;
- Google Workspace, Microsoft Office və CRM sistemləri ilə işləmək bacarığı;
- Komanda ilə işləmək və sərt son tarixlərdə fəaliyyət göstərmək bacarığı.
Pilgrim Education sizə təklif edir:
- Rahat və müasir iş mühiti;
- Xaricdə təhsil sahəsində dəyərli təcrübə və inkişaf perspektivləri;
- Yaxşı motivasiyaedici əmək haqqı və bonus sistemi;
- Peşəkar və dəstəkləyici komanda;
- Yerli və beynəlxalq tədbirlərdə iştirak imkanı.
Əgər siz insanlara yardım etməkdən zövq alırsınız, beynəlxalq təhsil sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə və dinamik mühitdə çalışmaq sizin üçün motivasiyadırsa – sizi komandamıza qoşulmağa dəvət edirik!
О компании
Pilgrim Education artıq 4 ildən çoxdur fəaliyyət göstərən mərkəzdir. Mərkəzimizin əsas xidməti xaricdə təhsil olsa da, bizim həm də ixtisas - seçimi, eləcə də psixoloji seans üzrə xidmətlərimiz mövcuddur. Əsas məqsədimiz sadəcə tələbəni xaricdə təhsil almaq imkanı ilə təmin etməkdən əlavə , həm də ümumilikdə fərdi sağlam düşüncəyə qovuşduraraq özünü tanıma müddətində yardım etməkdir. Mərkəzimiz mindən çox tələbəyə ödənişsiz konsultasiyalar edib , yüzlərlə tələbəyə Avropanın , Amerikanın yüksək səviyyəli universitetlərində təhsil alma imkanı yaradıb.
Все вакансии Pilgrim EducationПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



