Навыки и технологии
О роли
Təsvir
- Satışın həyata keçirilməsi və müştərilərə keyfiyyətli xidmətin göstərilməsi;
- 1C proqramında və kassada əməliyyatların düzgün icra edilməsi;
- Sifarişlərin düzgün qəbul edilməsi və sistemdə qeydiyyata alınması;
- Brendlər, modellər və məhsul xüsusiyyətləri üzrə məlumatlı olmaq və müştərilərə düzgün təqdim etmək;
- Linzaların növləri (indeks, örtüklər və s.) barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərə əlavə məhsulların (linza, örtüklər, aksessuarlar) təklif edilməsi;
- Sifarişlərin vaxtında icrasına nəzarət olunması;
- Hazır məhsulların müştərilərə təqdim edilməsi;
- Vitrinlərin səliqəli və cəlbedici saxlanılması;
- Mağazada təmizlik və nizam-intizamın qorunması;
- Məhsulların düzgün yerləşdirilməsinin təmin edilməsi.
İş şəraiti:
- 6 iş günü, 1 gün istirahət (növbəli iş qrafiki);
Tələblər
- Optika sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- Effektiv ünsiyyət, təqdimetmə bacarığı, intizamlılıq və dürüstlük;
- Stressə davamlılıq və komanda ilə işləmə bacarığı.
Təklif edirik:
- Şirkət tərəfindən ödənişli təlim və inkişaf imkanları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Vakansiya növü - Tam ştat
Əmək haqqı 500 - 1000 AZN
О компании
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.
Все вакансии Kontakt HomeПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.



