Руководитель отдела продаж

в PASHA Sığorta

Локация
Bakı
Опыт
4–5 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 января 2026
Языки
Azerbaijani, English, Russian

О роли

“PAŞA Sığorta” ASC namizədləri Bank Kanalları Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə bütün növ sığorta məhsulları və xidmətləri üzrə mövcud müştəri bazasının genişləndirilməsi və satışın həcminin artması üçün Bank Kanalları şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi, onların işinin əlaqələndirilməsi;

  • Nəzarət etdiyi bazar seqmenti üzrə Kommersiya direktoru ilə birlikdə, satış siyasətini müəyyənləşdirilməsi;

  • Bank Kanalları şöbəsinin əməkdaşları üçün müvafiq iş bölgüsünün və istiqamətləndirmənin həyata keçirilməsi;

  • Banklar və Lizinq şirkətləri üzrə aparılan layihələrin irəliləməsində iştirak və yeni layihələrin cəlb olunmasında dəstək gösərilməsi;

  • Mövcud partnyorlar ilə əlaqələrin qorunması və təkmilləşdirilməsini, həmçinin potensial partnyorlar üzrə şirkətin xidmət və məhsullarının satılmasının təmin edilməsi;

  • Bank Kanalları şöbəsi istiqaməti üzrə şirkətə müraciət edən müştəriləri yüksək keyfiyyətli məlumatla təmin edilməsinə nəzarət;

  • Vaxtlı-vaxtında sorğuların cavablarının Anderraytinq şöbəsinə daxil olmasını, sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin alınmasının təmin edilməsi;

  • Bütün partnyorlar ( Bank , Bank olmayan kredit təşkilatları , Lizinq şirkətləri və s. ) ilə əməkdaşlığın və sinerjinin möhkəmləndirilməsi; göndərilən sorğuların prioritetə alınması və ən qısa müddətdə cavablandırılması:

  • Tələb olunan müddətdə müştərilərə sığorta müqavilələrinin təqdim edilməsi və onları sığorta müqavilələrinin şərtləri üzrə əhatəli izahatların verilməsinə nəzarət;

  • Mütəmadi olaraq partnyorlar və müştəri bazası üzrə məlumatları təhlil edərək qiymətləndirilməsi;

  • Bütün növ sığorta məhsullarının cari satışı və görülmüş işlərin vəziyyəti üzrə Kommersiya direktoruna müvafiq hesabatların təqdim olunması, Bank Kanalları satışları üzrə aylıq təhlilin nəticələrinin təqdim edilməsi;

  • Birbaşa tabeçiliyində olduğu Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • Maliyyə, Biznesin İdarə edilməsi,İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;

  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri üzrə yüksək səviyyədə biliklərin olması;

  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

  • Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir.

Təcrübə:

  • Bank və ya sığorta sektorunda, xüsusilə bank kanalları və ya korporativ satış istiqamətində minimum 4–5 il iş təcrübəsi

Bacarıqlar:

  • Güclü liderlik və komanda idarəetməsi bacarıqları;

  • Yüksək analitik düşüncə və qərarvermə bacarığı;

  • Məsuliyyətlilik, dəqiqlik və strukturlaşdırılmış iş tərzi;

  • Məxfilik və etibarlılıq;

  • Təşkilatçılıq və planlaşdırma bacarığı;

  • Effektiv kommunikasiya və təqdimat bacarıqları;

  • Proaktivlik və təşəbbüskarlıq;

  • Stressə davamlılıq və çoxsaylı proseslərin paralel idarə olunması bacarığı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

О компании

PASHA Sığorta
Insurance · Baku

PASHA Sığorta — the leading insurance company in Azerbaijan (part of PASHA Holding), offering a full range of insurance products.

Все вакансии PASHA Sığorta

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Руководитель отдела продаж
Откликнуться