Руководитель розничных продаж

в Xırman

Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
7 июля 2026
Языки
Russian, Azerbaijani
Дедлайн
7 августа 2026

О роли

Vəzifə öhdəlikləri

  • Şirkətin pərakəndə satış strategiyasını hazırlamaq, tətbiq etmək və davamlı inkişaf etdirmək;
  • Pərakəndə satış komandasının gündəlik fəaliyyətini planlaşdırmaq, idarə etmək və yüksək performansın təmin olunmasına nəzarət etmək;
  • Satış hədəflərinin müəyyən edilməsi, icrasına nəzarət və plan göstəricilərinin yerinə yetirilməsini təmin etmək;
  • Mövcud satış nöqtələri ilə uzunmüddətli əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, yeni satış nöqtələrinin cəlb olunmasını təşkil etmək;
  • Satış ərazilərinin səmərəli idarə edilməsini, marşrut planlamasını və satış resurslarının düzgün bölgüsünü təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyəti, qiymət siyasəti və bazar tendensiyalarını təhlil edərək rəhbərliyə təkliflər təqdim etmək;
  • Məhsulların satış nöqtələrində düzgün yerləşdirilməsi, stok səviyyəsi, görünürlüğü və merchandising standartlarının icrasına nəzarət etmək;
  • Satış komandasının işini qiymətləndirmək, motivasiya etmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və əməkdaşların peşəkar inkişafını dəstəkləmək;
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirmək, yaranan problemlərin operativ həllini təmin etmək;
  • Satış göstəricilərini mütəmadi təhlil etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkətin satış siyasətinin, daxili prosedurlarının və korporativ standartlarının icrasına nəzarət etmək.

Tələblər

  • Pərakəndə satış sahəsində, xüsusilə FMCG və ya qida sektorunda minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi;
  • Satış strategiyasının hazırlanması və komanda idarəçiliyi sahəsində praktiki təcrübə;
  • Güclü liderlik, təşkilatçılıq, analitik düşünmə və qərarvermə bacarıqları;
  • Danışıqların aparılması və müştəri münasibətlərinin idarə olunması üzrə yüksək bacarıq;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Rus dili biliyi mütləqdir

Təklif edirik

  • Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
  • Korporativ mobil rabitə və iş fəaliyyəti üçün zəruri resurslarla təminat;
  • Stabil və dinamik iş mühiti, peşəkar komandada çalışma imkanı.

Ünvan: Binəqədi yolu 100

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Руководитель розничных продаж
Откликнуться