Əsas vəzifə və öhdəliklər
- Müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq;
- Müştərilərin məhsul və xidmətlərlə bağlı suallarını cavablandırmaq;
- Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun məhsul və təkliflər təqdim etmək;
- Mövcud kampaniyalar, endirimlər və ödəniş şərtləri barədə müştəriləri məlumatlandırmaq;
- Telefon zəngləri vasitəsilə satışların həyata keçirilməsini təmin etmək;
- Müştəri müraciətlərini qəbul etmək və operativ şəkildə cavablandırmaq;
- Satış prosesini sistem üzərindən düzgün qeydiyyata almaq və məlumatları yeniləmək;
- Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali təhsil;
- Satış, call center və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
- Səlis və düzgün nitq qabiliyyəti;
- Müştərilərlə effektiv və nəzakətli ünsiyyət qurmaq bacarığı;
- Satış yönümlü düşüncə və inandırma bacarığı;
- Aktiv dinləmə və müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmə bacarığı;
- Diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Stressə davamlı və operativ qərarvermə bacarığı;
- Komandada işləmək bacarığı;
- MS Office və kompüter proqramlarından istifadə bacarığı.
Müraciət qaydası
Online müraciət edə və ya şəkilli CV-lərinizi
099 204 07 18 nömrəsinə göndərə bilərsiniz.
" width="100%" style="border: none; height: 1528px;">