Руководитель группы

в Brand Credit BOKT

Локация
Азербайджан
Опыт
3+ лет
Занятость
Полная занятость
Зарплата
1 200–2 500 ₼
Опубликовано
19 июня 2026
Языки
Azerbaijani
Дедлайн
19 июля 2026

О роли

İş yeri: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr.

İşin təsviri:

  • İşçi heyətinin idarə olunmasına dəstək
  • Filial əməkdaşlarının effektivliyinin, peşəkarlıq və bilik səviyyəsinin artırılması
  • Müştəri bazasının genişləndirilməsi üçün yeni təklif və planların hazırlanması
  • Filialın kredit portfelinin idarə olunması və maliyyə əməliyyatlarına nəzarət
  • Müştərilərlə uzunmüddətli əməkdaşlığın təmin edilməsi, daxil olan tələb və şikayətlərin operativ şəkildə araşdırılması

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (ən azı 1 il qrup rəhbəri olaraq)
  • Ali təhsil
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • Yaş həddi: 25–45
  • Yalnız bəy namizədlər
  • Fərdi və komanda ilə işləmə bacarığı

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 09:00–18:00
  • İstirahət günləri: Şənbə və bazar
  • Əmək haqqı: 1200–2500 AZN (1200 AZN + bonus)

О компании

Brand Credit BOKT
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex

Brand Credit Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Brand Credit Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən 900 000 manat Nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır. Təşkilatın Nizamnamə kapitalı 3 fiziki şəxs tərəfindən təsis edilmişdir. 31.01.2013-cü il tarixində hüquqi və fiziki şəxslərdən vəsaitlərin cəlb edilməsi məqsədi ilə təşkilatın ilk istiqraz emissiyası dövlət qeydiyyatına alınmışdır. 19.02.2013 tarixində təşkilat "AMFA" ya üzv olmuşdur. Hal-hazırda təşkilatın paytaxt və regionda olmaqla iki filialı fəaliyyət göstərməkdədir. Brand Credit təşkilatının ən əsas öhdəliklərindən biri i nsanlar arasında heç bir sosial fərq qoymadan,onlara daha yaxşı və təminatlı həyat tərzi yaratmaqda dəstəyin göstərilməsindən ibarətdir. Brand Credit təşkilatının missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsidir. Brand Credit təşkilatının baxışı Azərbaycanda qabaqcıl mikro-maliyyə institutu olmaqdır. Biz elə bir qurum olmaq istəyirik ki, sahibkarlıqla məşğul olanlar maliyyə xidmətlərinə ehtiyac duyduqda bizə üz tutsunlar. Biz bütün ölkə miqyasında tanınmaq və rəğbət qazanmaq istəyirik, buna nail olmaq üçün isə bütün ölkəni öz şöbələri ilə əhatə edən stabil və davamlı qurum olmalıyıq.

Все вакансии Brand Credit BOKT

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 200–2 500 ₼
Руководитель группы
Откликнуться