Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
18 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
18 июля 2026

О роли

Təsvir

  • Mobil tətbiqin inkişaf strategiyasının müəyyən edilməsi və məhsulun yol xəritəsinin hazırlanması;
  • Biznes tərəfdaşları, istifadəçilər və komanda ilə birgə tələblərin toplanılması və prioritetlərin müəyyən edilməsi;
  • User story-lərin, epiklərin və qəbul meyarlarının yazılması;
  • Backlog-un idarə edilməsi;
  • Dizaynerlərlə, mobil tərtibatçılarla (iOS/Android) və test mühəndisləri ilə sıx əməkdaşlığın edilməsi;
  • İstifadəçi araşdırmaları, A/B testlər, metrik analiz əsasında məhsul qərarlarının qəbul edilməsi;
  • Buraxılış tsiklinin planlaşdırılması, sprint nəticələrinin yoxlanılması, qəbul testlərinin aparılması;
  • App Store və Google Play-in tələblərinə uyğun çatdırılmanın təmin edilməsi;
  • KPI-ların müəyyən edilməsi, izlənilməsi və maraqlı tərəflərə hesabatın verilməsi

Tələblər

  • Mobil məhsul üzrə Product Owner / Product Manager vəzifəsində 1 ildən artıq təcrübə;
  • Agile / Scrum metodologiyaları üzrə praktiki biliklər;
  • Jira, Confluence, Figma ilə iş bacarığı;
  • Mobil tətbiqin həyat dövrünü (MVP → böyümə → yetkinlik) başa düşmək;
  • Analitik düşüncə: məlumat analizi, ölçülər (MAU, Retention, Conversion) ilə işləmək bacarığı;
  • Güclü ünsiyyət və komanda ilə iş bacarığı;
  • Texniki terminologiyanı başa düşmək;
  • Azərbaycan dili — ana dili səviyyəsində; Rus dili — sərbəst; İngilis dili — B2 və yuxar;
  • E-ticarət və ya super-app layihələrində təcrübə üstünlükdür.

Vakansiya növü - Tam ştat

О компании

Kontakt Home
Baku

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.

Все вакансии Kontakt Home

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Владелец продукта
Откликнуться