Satış əməliyyatlarının analitik təhlilini aparır və Power BI, Excel bacarıqları tələb olunur.
Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Satınalmalar üçün istifadə olunan sistemlərdən satınalma məlumatlarının toplanması, yoxlanılması və təhlili;
- Həftəlik, aylıq, rüblük və illik əsasda satınalmalar üzrə analitik hesabat və təqdimatların hazırlanması;
- Satınalmalar üzrə KPI hesabatlarının və analitik dashboard-ların hazırlanması və mütəmadi yenilənməsi;
- Hesabatlarda məlumatların dəqiqliyinin, ardıcıllığının və etibarlılığının təmin edilməsi;
- Məlumatların yoxlanılması zamanı kənarlaşmaların və trendlərin təhlili;
- Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə imkanların müəyyən edilməsi;
- Bankdaxili yoxlamalar zamanı satınalma məlumatlarının təqdim edilməsi üzrə dəstəyin göstərilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi, informasiya texnologiyaları və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);
- Azərbaycan dilini səlis bilən (ingilis və rus dilləri üstünlükdür);
- Satınalma və analitika sahəsində minimum 1 il iş təcrübəsinə (müvafiq sertifikatların olması üstünlükdür);
- ERP/satınalma sistemləri (SAP, Microsoft Dynamics 365, Ariba, 1C və s.) üzrə biliklərə;
- Microsoft Excel üzrə yüksək səviyyədə biliklərə (pivot cədvəllər, formulalar, makrolar);
- Microsoft PowerPoint, Prezi vasitəsilə təqdimat hazırlama bacarığına;
- Qlik Sense, Power BI və ya oxşar vizual analitika alətləri ilə bağlı məlumatlılığa;
- Dəqiqlik, diqqətlilik, məsuliyyət və analitik düşünmə qabiliyyətinə;
- Məlumatları sadə və anlaşılan formada təqdim etmək bacarığına sahib olan şəxsdir.
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
30 sentyabr 2026
Şirkət haqqında
ABB
Banking · Baku
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
ABB — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Şirkətin xərclərini analiz edir və maliyyə nəzarəti üçün hesabatlar hazırlayır, maliyyə təhsili tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Məlumatları təhlil edir, biznes problemlərini həll etmək üçün SQL və Python bilikləri tələb olunur
Maaş göstərilməyib
Layihələrin maliyyə nəzarətini həyata keçirir və layihə xərclərinin idarə olunmasında təcrübə tələb olunur.




