Maşın öyrənməsi modellərinin hazırlanması və MLOps proseslərinin qurulması üçün Python və statistik bilik tələb olunur
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 102A, City Point İş Mərkəzi, AZ1022.
Vəzifə öhdəlikləri
- Məlumatların toplanması, təmizlənməsi və analiz edilməsi
- Machine Learning modellərinin hazırlanması, öyrədilməsi və qiymətləndirilməsi
- Proqnozlaşdırma, təsnifat və anomaliyaların aşkarlanması üzrə həllərin hazırlanması
- Data Science nəticələrinin vizuallaşdırılması və hesabatların hazırlanması
- ML modellərinin mövcud proqram təminatlarına inteqrasiyasında iştirak
- Real biznes problemlərinin həlli üçün ML yanaşmalarının araşdırılması
Tələblər
- Python proqramlaşdırma dili üzrə biliklər
- Pandas, NumPy və Scikit-learn ilə işləmə bacarığı
- Machine Learning alqoritmləri haqqında əsas biliklər
- SQL və verilənlər bazaları haqqında anlayış
- Məlumatların analizi və vizuallaşdırılması bacarığı
- Git/GitHub ilə işləmə bacarığı
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Texniki ingilis dilində sənədləri oxuyub anlama bacarığı
Üstünlükdür
- TensorFlow və ya PyTorch ilə təcrübə
- Kaggle layihələrində iştirak
- Power BI, Matplotlib və ya Seaborn ilə təcrübə
- FastAPI və ya REST API haqqında biliklər
- GitHub üzərində şəxsi ML/Data Science layihələrinin olması
- Time Series Forecasting və ya Deep Learning üzrə ilkin biliklər
Biz nə təklif edirik?
- Real biznes layihələrində praktiki təcrübə
- Machine Learning və Data Science istiqamətində peşəkar inkişaf imkanı
- Texniki komanda ilə birgə işləmək və yeni həllər hazırlamaq imkanı
- Müxtəlif sahələrə aid real problemlər üzərində işləmək
CV-nizi və varsa GitHub/Kaggle portfolio linklərinizi Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
PMIS şirkəti 2018-ci ildən fəaliyyət göstərir. Şirkət ölkəmizdə neft-qaz, kimya sənayesi, mülki tikinti və bu kimi genişmiqyaslı layihələrin gedişatını yaxından izləmək üçün yerli və xarici şirkətlərdə çalışıb,illərin təcrübəsini qazanmış…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 102A, City Point İş Mərkəzindədir.
CV və varsa GitHub/Kaggle portfolio linkləri tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 5 dekabr 2026-cı ildir.
Python, Pandas, NumPy, Scikit-learn, SQL, Git/GitHub, TensorFlow və ya PyTorch kimi alətlər tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaşın öyrənmə mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Çoxdilli AI köməkçilərinin və lokal dil modellərinin adaptasiyası və qiymətləndirilməsini aparır, güclü Python və NLP bilikləri tələb olunur.
Bankın məlumat sistemlərindən məlumatların toplanması və ETL proseslərinin hazırlanması üzrə mütəxəssis.
Layihə inkişafına dəstək verir və Python, SQL biliklərinə malikdir.



