İşə qəbul, onboarding və işçi məlumatlarının idarə olunmasında təcrübəli HR mütəxəssisidir.
Vakansiya haqqında
Peşəkar komandamıza qoşulmaq üçün İnsan Resursları Departamentinin Əməyin ödənilməsi və hesabatlılıq şöbəsinə əməyin təşkili üzrə mütəxəssis axtarırıq!
Vəzifə funksiyası:
- Namizəd əmək proseslərinin səmərəli təşkili, iş vaxtına nəzarət, iş vaxtının uçotu və davamiyyət göstəricilərinin təhlili, əmək normalarının qiymətləndirilməsi, vəzifə və iş yükü göstəricilərinin qiymətləndirilməsi, eləcə də əməyin təşkili üzrə hesabat və təkliflərin hazırlanmasında əsas rol oynayacaq.
Sizi hansı öhdəliklər gözləyir?
- Struktur bölmələrində əmək proseslərini, iş bölgüsünü və iş yükünü öyrənmək, təhlil etmək və təkmilləşdirmə təklifləri hazırlamaq;
- Əmək normalarının, vaxt normalarının və xidmət normalarının hazırlanmasında, tətbiqində və yenilənməsində iştirak etmək;
- İş vaxtından istifadə, faktiki iş yükü və əmək məhsuldarlığı göstəricilərini təhlil etmək;
- Əməkdaşların işə davamiyyətini, işə gəlmə və işdən çıxma vaxtlarını, gecikmə, erkən çıxma və işdə olmama hallarını uçot məlumatları əsasında izləmək və təhlil etmək;
- İş vaxtının uçotu cədvəllərinin düzgün və vaxtında tərtib edilməsinə nəzarət etmək, davamiyyət məlumatlarını struktur bölmələri ilə dəqiqləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
- Əməyin təşkili üzrə müqayisəli təhlillər, arayışlar və dövri hesabatlar hazırlamaq;
- Struktur bölmələrdən daxil olan məlumatların düzgünlüyünü yoxlamaq və aidiyyəti tərəflərlə uzlaşdırmaq;
Namizədlərdən tələblərimiz:
- Ali təhsil (İqtisadiyyat, insan resurslarının idarə edilməsi, idarəetmə və ya əlaqəli sahə üzrə üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi, əməyin təşkili və normalaşdırılmasının əsas prinsipləri barədə bilik;
- İş proseslərinin və iş yükünün təhlili, hesabat hazırlanması bacarığı;
- MS Excel proqramında sərbəst işləmə, böyük həcmli məlumatları sistemləşdirmə və təhlil etmə bacarığı;
- Komanda ilə işləmə və nəticəyönümlülük;
- Analitik düşünmə və problem həll etmə bacarığı.
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi.
Biz nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5670 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 800 ₼.
17 açıq vakansiya, 58 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi.
Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi tələb olunur.
Bəli, əmək qanunvericiliyi və əməyin təşkili barədə bilik tələb olunur.
İş vaxtının uçotu cədvəllərinin düzgün və vaxtında tərtib edilməsinə nəzarət edilir.
Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Əmək münasibətlərini qanunvericiliyə uyğun idarə edir və HR əməliyyatlarında təcrübəlidir.
İnsan resurslarının strategiyasını icra edir və inkişaf proqramları hazırlayır, 3 il təcrübə tələb olunur.
İşə qəbul prosesini idarə edən, 1-3 il təcrübəsi olan İnsan Resursları mütəxəssisi.




