Əmək proseslərini təşkil edir, iş vaxtını və davamiyyəti təhlil edir, əmək qanunvericiliyini bilir.
Vakansiya haqqında
Tanış şirkət üçün HR Operations istiqamətində təcrübəli və məsuliyyətli əməkdaş axtarıram
Vəzifə öhdəlikləri
- Əmək münasibətlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və qüvvədə olan qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- İşə qəbul, vəzifə dəyişikliyi, əmək müqaviləsinə xitam, məzuniyyət, ezamiyyət və digər kadr əməliyyatlarının həyata keçirilməsi;
- Əmək müqavilələrinin, əmrlərin, ərizələrin, arayışların və digər HR sənədlərinin hazırlanması və düzgün rəsmiləşdirilməsi;
- ƏMAS sistemi üzərindən müvafiq əməliyyatların aparılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
- İş vaxtının uçotu, məzuniyyət qrafiklərinin və digər kadr uçotu sənədlərinin idarə edilməsi;
- HR sənədlərinin düzgünlüyünə, tamlığına və qanunvericiliyə uyğunluğuna nəzarət;
- HR hesabatlarının hazırlanması və gündəlik kadr əməliyyatlarının vaxtında icrası;
- HR sənədləşməsi ilə bağlı daxili prosedurların və proseslərin təkmilləşdirilməsində iştirak.
Namizədə tələblər
- HR sahəsində, xüsusilə HR Operations və kadr inzibatçılığı üzrə iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən qanunvericiliyi yaxşı bilmək;
- Əmək müqavilələrinin və digər kadr sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə praktiki təcrübə;
- ƏMAS sistemi ilə işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik, detallara həssas yanaşma və sənədlərlə sistemli işləmək bacarığı.
İş yeri: 2026-cı ilin sonunadək Fatmayı kəndi, daha sonra ofis şəhər mərkəzinə köçəcək.
Əmək haqqı: 1,500–1,800 AZN gross.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 800 ₼.
17 açıq vakansiya, 58 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR mütəxəssisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Fatmayı kəndindədir, sonra şəhər mərkəzinə köçəcək.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı 1 500–1 800 arasında, brutto olaraq təklif olunur.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
İşə qəbul prosesini idarə edən, 1-3 il təcrübəsi olan İnsan Resursları mütəxəssisi.
İşə qəbul, onboarding və işçi məlumatlarının idarə olunmasında təcrübəli HR mütəxəssisidir.
Gündəlik HR əməliyyatlarını dəstəkləyir və işə qəbul proseslərini koordinasiya edir.




