İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis

Kontakt Home

Vakansiya haqqında

Təsvir

  • Şirkətin işəgötürən brendinin tanıdılması və əmək yarmarkalarında, universitetlərin karyera günlərində, konfranslarda və digər İR tədbirlərində şirkətin təmsil edilməsi;
  • Mövcud vakansiyaların təhlil edilməsi, vəzifə tələblərinə uyğun iş elanlarının hazırlanması və müvafiq işə qəbul platformalarında yerləşdirilməsi;
  • Vakansiyalar üzrə namizədlərin müxtəlif mənbələrdən və axtarış kanallarından cəlb edilməsi;
  • Daxil olan CV-lərin vakansiya tələblərinə uyğun ilkin dəyərləndirilməsi və potensial namizədlərin müəyyənləşdirilməsi;
  • Namizədlərlə ilkin və növbəti mərhələlər üzrə müsahibələrin keçirilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • Namizədlərin seçim prosesinin koordinasiyası və müsahibə mərhələlərinin vaxtında təşkil edilməsi;
  • İşə qəbul prosesinin gedişatı barədə aidiyyəti struktur rəhbərlərinin mütəmadi məlumatlandırılması;
  • Yeni əməkdaşların işə qəbul prosesinin koordinasiyası və aidiyyəti struktur bölmələrinin vaxtında məlumatlandırılması;
  • İşə qəbul agentlikləri, universitetlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Şirkətin namizəd bazasının mütəmadi yenilənməsi və genişləndirilməsi;
  • İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanması, müvafiq göstəricilərin izlənilməsi və təhlil edilməsi;
  • İşə qəbul prosesinin effektivliyinin və namizədlərin müsbət təcrübəsinin təmin edilməsi.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin İdarə Edilməsi, Psixologiya və əlaqəli ixtisaslara üstünlük verilir);
  • İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 2 il iş təcrübəsi (pərakəndə satış sektorunda iş təcrübəsi üstünlükdür);
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlükdür;
  • İşə qəbul prosesinin müxtəlif mərhələləri, namizəd axtarışı və müsahibələrin aparılması üzrə praktiki biliklər;
  • Müxtəlif axtarış kanalları və işə qəbul platformaları ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
  • Güclü analitik düşünmə və namizədləri qiymətləndirmə qabiliyyəti;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və bir neçə vakansiya üzrə paralel işləmək bacarığı;
  • Nəticəyönümlülük, məsuliyyətlilik, təşəbbüskarlıq və operativlik;
  • Dinamik iş mühitində işləməyə və yüksək iş tempinə uyğunlaşmağa hazır olmaq.

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik və müasir iş mühiti;
  • Müasir və rahat ofis şəraiti;
  • Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
  • Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.

İş şəraiti:

  • İş qrafiki: I–V günlər, 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
13 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
113

Şirkət haqqında

Kontakt Home
Retail · 1,001-5,000 · Bakı
Kontakt Home — bütün vakansiyalar

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.

İş qrafiki həftənin I–V günləri, saat 09:00–18:00-dır.

İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 2 il iş təcrübəsi tələb olunur.

Namizəd axtarışı, müsahibələrin aparılması və işə qəbul prosesinin müxtəlif mərhələləri üzrə praktiki biliklər tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İşə qəbul üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Camal LTD (İceland)
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 200–1 500₼

Namizəd axtarışı və müsahibələrin keçirilməsi üzrə 5 ildən çox təcrübəsi olan rekruter.

InterviewingCV ScreeningProject ManagementOnboarding+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
BOS Shelf MMC
Mütəxəssis · 3–5 ilBakı
Maaş göstərilməyib

İşə qəbul prosesini idarə etmək və namizədlərin axtarışı üzrə təcrübə tələb olunur

InterviewingHuman Resources ManagementBusiness ManagementPsychology+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Bakı ofisində yükdaşıma sahəsində sürücü və operatorların işə qəbulu və idarə olunması.

RecruitmentInterviewingNegotiationCold Calling+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis
Müraciət et