Satış təlimləri üzrə mütəxəssis

Superfon

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
24 iyul 2026

Vakansiya haqqında

Vəzifənin məqsədi:

  • Şirkətin satış komandalarının peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, satış performansının artırılması, müştəri xidməti standartlarının tətbiqinin təmin olunması və davamlı təlim və inkişaf proqramlarının hazırlanaraq həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

  • Satış texnikaları, müştəri xidməti, ünsiyyət və danışıqların aparılması üzrə təlim proqramları hazırlamaq və keçirmək;
  • Yeni işçilər üçün adaptasiya (onboarding) proqramlarını təşkil etmək və həyata keçirmək;
  • Satış komandaları üçün nəzəri və praktiki təlimlər, seminarlar və inkişaf sessiyaları keçirmək;
  • Təlim materiallarını (prezentasiya, skript, test, video və s.) hazırlamaq, yeniləmək və təkmilləşdirmək;
  • Satış əməkdaşlarının bilik və bacarıqlarını qiymətləndirmək, təlim ehtiyaclarını müəyyənləşdirmək (TNA);
  • Aşağı performans göstərən əməkdaşlar üçün fərdi inkişaf planları hazırlamaq və icrasını izləmək;
  • Satış rəhbərləri ilə əməkdaşlıq edərək əməkdaşların inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirmək;
  • Mağaza və region ziyarətləri həyata keçirmək, yerində müşahidələr aparmaq və kouçinq sessiyaları keçirmək;
  • Müştəri xidməti standartlarının və satış prosedurlarının tətbiqinə nəzarət etmək;
  • Satış prosesində müəyyən edilmiş inkişaf sahələri üzrə təlim və inkişaf tədbirləri hazırlamaq;
  • Təlimlərin effektivliyini ölçmək, təlim sonrası testlər və qiymətləndirmələr aparmaq;
  • Təlim və inkişaf fəaliyyəti üzrə aylıq və rüblük hesabatlar hazırlamaq;
  • Rəhbərliyə təlim nəticələri, inkişaf göstəriciləri və təkliflər üzrə təqdimatlar vermək.

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment, İnsan Resursları, Psixologiya və ya əlaqəli sahələr üzrə);
  • Təlim, satış və ya retail sahəsində minimum 2 il iş təcrübəsi;
  • Satış komandaları ilə işləmək təcrübəsi. Topdan və pərakəndə satış komandaları ilə işləmək təcrübəsi üstünlük hesab olunur;
  • Satış texnikaları üzrə dərin biliklər;
  • Müştəri davranışı və xidmət standartları üzrə biliklər;
  • Təlim metodologiyaları və böyüklərin öyrənilməsi prinsipləri üzrə biliklər;
  • Kouçinq və mentorluq bacarıqları;
  • MS Office proqramları (xüsusilə PowerPoint və Excel) üzrə biliklər;
  • Azərbaycan dili – səlis, rus və ingilis dili bilikləri üstünlük hesab olunur;
  • Güclü təqdimat bacarıqları;
  • Auditoriyanı idarə etmək bacarığı;
  • Yüksək ünsiyyət və inandırma qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Vaxtın effektiv idarə olunması bacarığı;
  • Ezamiyyət və region səfərlərində iştirak etməyə hazır olmaq.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Azərbaycan Memarlıq və İnşaat UniversitetiBakıSenior8 gün əvvəl
Project ManagementPresentation SkillsBusiness Administration
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satış təlimləri üzrə mütəxəssis
Müraciət et